Y.M.Muradovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Yadigar Məmməd oğlu Muradov "Tərəqqi” medalı ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2018-ci il

 

Azərbaycan.-2018.- 23 dekabr.- S. 2.