Dənizkənarı Milli Parkda konsert təşkil olunub

 

Dekabrın 29-da Dənizkənarı Milli Parkda ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə bayram konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı ərəfəsində təşkil olunan konsert proqramı Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyasının birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Azərbaycan Televiziyasının musiqi kollektivləri solistləri çıxış ediblər. Onların ifasında musiqi nömrələri paytaxtın sakinləri qonaqları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı Bulvara Azərbaycanın milli sərvəti kimi "Təbiəti mühafizə təbiətdən istifadə haqqındaAzərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb.

 

Azərbaycan.- 2018.- 30 dekabr.- S. 15.