Dünyanın ən güclü ikinci şahmatçısı Azərbaycan gəncidir

Azərbaycan gəncliyinin hər bir uğuru xalqımızın qürur mənbəyidir. Belə gənclərimizdən biri də şahmatçımız Şəhriyar Məmmədyarovdur. Şahmat yığmamızın lideri Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fevral ayı üçün açıqlanan kişi şahmatçıların reytinq cədvəlində  ikinci pillədə qərarlaşıb.

Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xalı olanŞah” yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.

Millimizin digər üzvləri Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40, Arkadi Naydiç isə 2705 xalla 41-ci pillədə qərarlaşıb.

Azərbaycan.-2018.-2 fevral.- S.6.