Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2018-ci il

Azərbaycan.-2018.-3 fevral.- S.3.