Musiqili Teatrının aktyorları mükafata layiq görülüblər

 

Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən “Azerbaijan Best Awards” (ABA) mərasimində 2017-ci ildə yaradıcılıq fəaliyyətləri ilə fərqlənən bir sıra incəsənət, şou-biznes və müxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunub.

Azərbaycan Dövlət Musiqili Teatrın iki aktyoru da mükafat alanlar sırasındadır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar Artisti Çingiz Əhmədov “Ən yaxşı aktyor”,  Nicat Əli  İlin ən populyar televiziya serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

 

Azərbaycan.- 2018. -1 fevral.- S.8.