Bakıda dünya xalqlarının rəqsləri təqdim edilib

 

Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstan rəqs kollektivlərinin iştirakı ilə “Dünya xalqlarının rəqsləri” adlı konsert proqramı təqdim edilib.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan, gürcü rəqsləri ilə bərabər, Şərq və Avropa xalqlarının rəqsləri də təqdim olunub.

Adəti üzrə bu konsertdə də kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayıb. Sarayın rəhbərliyi tərəfindən onlara ön sıralardan təmənnasız yerlər ayrılıb.

 

Azərbaycan.- 2017.- 6 fevral.- S.8.