Davamlı inkişafın və güclü dövlətçiliyin təminatçısı

 

Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsini elan etdi. Dövlət başçısının imzaladığı sərəncama əsasən, seçkilər bu il aprelin 11-nə təyin olundu. Seçkilər hər bir ölkədə böyük siyasi hadisə sayıldığından dövlət başçısının sərəncamı ölkəmizdə böyük maraqla qarşılandı. Lakinvaxt keçirilməsindən asılı olmayaraq, Azərbaycan seçicilərinin mütləq əksəriyyəti öz seçimini hələ illər öncədən edib.

2003-cü ildə cənab İlham Əliyevi dəstəkləyən xalqımız bununla ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsinin davamına, təhlükəsizliyə, inkişafa səs verdi. Aradan ötən 14 ildən artıq bir dövr xalqımızın bu seçiminin nə qədər doğru, düzgünmüdrik olduğunu təsdiqləyir. Bəli, Azərbaycan bu illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayıb, qüdrətlənib, nüfuzunu artırıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirib, milli mənafelərimizi cəsarətlə və uğurla təmin edib, qloballaşmanın doğurduğu əngəllərin və maneələrin qarşısını qətiyyətlə alıb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün regionun liderikosmos dövləti olan, beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan qlobal əhəmiyyətli məsələlərdə söznüfuz sahibidir.

Reallıq həm də ondan ibarətdir ki, son 14 ildə Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf edib, şəhər və kəndlər, qəsəbələr intibah dövrünə qədəm qoyub. Respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilib. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, parkxiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illər Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

2003-2017-ci illərin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. Fəxarət doğuran digər məqam isə Prezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, siyasi məharəti ilə dövlətimizin başçısı dünyanın nüfuzlu rəhbərləri cərgəsindədir. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyətinə bu gün beynəlxalq səviyyədə yüksək ehtiram var.

Yüksək siyasi iradəsi, məqsədə doğru inamla irəliləməsi, praqmatizmi, təvazökarlığı və səmimiliyi, ən əsası Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması cənab Prezidentə xalqın böyük rəğbətini qazandırıb. Beynəlxalq qurum və təşkilatlar da birmənalı şəkildə etiraf edirlər ki, İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafı sürətlənib, beynəlxalq nüfuzuna görə dünyanın lider dövlətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğurlar Heydər Əliyev siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsidir. Azərbaycanın son 14 ildə keçdiyi böyük inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasəti, ideyaları yaşayır, müstəqil dövlətimizin yüksəlişinə xidmət edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl lider əzmi ilə xalq qarşısında verdiyi bütün vədləri əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib. Cənab İlham Əliyev bu dövr ərzində fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.

Bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla dinamik inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Ölkəmizin müstəqillik tarixində baş verən proseslərə nəzər saldıqda bir daha aydın olur ki, Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin və dövlətçiliyinin əbədiliyinin yolu məhz Heydər Əliyev siyasi kursunun davam etdirilməsindən, ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən keçir. Odur ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz lider kimi qəbul edir. Çünki cənab İlham Əliyevin dövlətə rəhbərlik fəaliyyəti yalnız və yalnız xalqımıza qazandırdığı böyük uğurlarla əlamətdardır. Öz növbəsində bütün bunlar xalqımızı İlham Əliyevin ətrafında sıx səfərbər edən əsas amillərdir.

Artıq sıralarında milyonların birləşdiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbəti seçkidə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Sabah isə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. Partiyamızın seçkidə namizədi əlbəttə ki, cənab İlham Əliyev olacaq. Əminik ki, Azərbaycan ictimaiyyəti qarşıdan gələn növbədənkənar seçkidə Prezident İlham Əliyevi birmənalı dəstəkləməklə Heydər Əliyev kursunun davamına, inkişafa, sabitliyə və güclü Azərbaycan dövlətçiliyinə səs verəcək.

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2018.- 7 fevral.- S.5.