İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

 

Hörmətli cənab Prezident!

İran İslam Respublikasının milli bayramı - İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizibütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluqmehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dostqardaş İran xalqına daim sülhrifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2018-ci il

 

Azərbaycan.- 2018.- 11 fevral.- S.1.