A.Y.Rəhimovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə Arzu Yusif oğlu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2018-ci il

 

Azərbaycan.- 2018.-13 fevral.- S.1.