Multikulturalizm Azərbaycan Respublikasının daxilixarici siyasətinin mühüm istiqamətidir

 

Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bundan başqa, multikulturalizmi dövlət siyasəti kimi qəbul edən digər ölkələrdən fərqli olaraq Azərbaycanda etnik-mədəni müxtəlifliklər multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimlənir. Bunun əsas göstəricisi kimi ölkəmizdə etnik-dini zəmində heç bir qarşıdurmanın olmamasıdır. Təsadüfi deyil ki, Azərbaycan dünyanın əsas multikulturalizm mərkəzlərindən biri hesab olunur. “Multikulturalizmin Azərbaycan modeli” və ya “Azərbaycan multikulturalizm modelikimi terminlər siyasi leksikona, elmi ədəbiyyata daxil edilmişdir.

Azərbaycanda multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev multikulturalizm siyasətini yeni tarixi şəraitdə inkişaf etdirərək onu ölkənin daxilixarici siyasətinin mühüm istiqaməti kimi təqdim etmişdir.

Multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri burada dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması özünü ilk növbədə dörd əsas məqamda göstərir: ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında.

Azərbaycan Respublikasında dini azadlıqların təmin edilməsi ilə bağlı Prezident İlham Əliyev 2014-cü ilin dekabr ayında Bakıda Heydər məscidinin açılışında demişdir: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

2009-2017-cı illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 793 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 28-i qeyri-islam, 765-i islam təmayüllü dini qurumdur. Qeyri-islam dini qurumlarından 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i Krişna şüuru dini icmasıdır. Azərbaycan Respublikasının əhalisinin 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət dinlər arasında heç bir ayrı-seçkiliyə yol vermir.

Konstitusiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, ölkəmizdə “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində isə deyilir: “Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nisbətən hər hansı üstünlükya məhdudiyyət müəyyən edilə bilməz”.

Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, müsəlmanların arasında qanlı toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur. Dövlət bütün dini qurumların hər birinə lazımi kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Dövlətimizin bütün dinlərə göstərdiyi bərabər münasibət öz növbəsində dinlərarası münasibətlərin təkmilləşməsinə, daha dəqiq desək, bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına səbəb olur.

Müasir dövrdə Azərbaycan Respublikasında multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunan böyük nailiyyətlər fonunda bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya, Fransa) başçıları multikulturalizm siyasətinin ölkələrində iflasa uğradığını bəyan edirlər. Avropa dövlətlərində multikulturalizmə inamsızlıq son zamanlar ora Suriyadan, İraqdan, Əfqanıstandan və digər Yaxın Şərq və Afrika ölkələrindən güclü miqrant axını ilə bağlı daha da artır. Avropada multikulturalizmə münasibətdə artan inamsızlığı təəssüf hissi ilə qeyd edən ölkəmizin Prezidenti İlham Əliyev bildirir: “...bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativiola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

Məlum olduğu kimi, Qərb ölkələrinin məzmununa görə liberal xarakter daşıyan multikulturalizm siyasətindən istifadə edən milli azlıqların bəzi nümayəndələri öz etnik-mədəni dəyərlərini qorumaq məqsədilə onlara təklif olunan normalara və dəyərlərə müqavimət göstərməklə məskunlaşdıqları cəmiyyətə inteqrasiya olunmaq istəmirlər. Belə olan şəraitdə bəzi Avropa dövlətlərinin başçıları (məsələn, Böyük Britaniyanın sabiq baş naziri Devid Kemerun) milli azlıqların bu müqavimətindən bəhanə kimi istifadə edərək multikulturalizm siyasətinin iflasa uğradığını bəyan etdilər. Əslində isə Qərb ölkələrinin multikulturalizm siyasətindən imtina etmələrinin səbəbləri inkişafda olan ölkələrdən bura çoxlu sayda əmək miqrantlarının və qaçqınların gəlməsinin, radikal islamla əlaqələndirilən terrorçuluğun qarşısının alınmasıdır. Müasir dövrdə Suriya, İraq, Əfqanıstan və digər Yaxın Şərq və Afrika ölkələrini bürümüş hərbi-siyasi və sosial-iqtisadi böhran bu ölkələrdən inkişaf etmiş Avropa ölkələrinə insan axınını kütləvi edərək multikulturalizm siyasətinin Qərb ölkələrində aparılması perspektivlərini heçə endirir. Lakin bütün bu obyektiv çətinliklərə baxmayaraq multikulturalizm cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin ən səmərəli siyasətidir. Bunu Azərbaycan Respublikasının təcrübəsi aydın şəkildə göstərir. Ölkəmizin daxili siyasətinin mühüm istiqaməti olan multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdəki mövcud etnik-mədəni müxtəlifliklər səmərəli şəkildə tənzimlənir. Daha konkret desək, bu müxtəlifliklər qorunur. Multikulturalizm siyasəti ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişaf yoluna, milli təhlükəsizliyinə, vətəndaş birliyinə, əhalinin rifah və etnik-mədəni dəyərlərinə təhdid edən etnik millətçilik, etnik separatçılıq, dini separatçılıq və digər dezinteqrasiya proseslərinin qarşısının alınmasında mühüm rol oynayır. Bir sözlə, Azərbaycanda multikulturalizm siyasəti bu siyasəti rəsmi şəkildə ilk dəfə qəbul edən Qərb dövlətlərindən fərqli olaraq daha səmərəli şəkildə həyata keçirilir.

Azərbaycanın multikulturalizm siyasəti sahəsindəki zəngin təcrübəsinin, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öyrənilməsi və tətbiq edilməsi son dövrdə bir sıra inkişaf etmiş ölkələrdə etnik-dini zəmində baş verən bir çox qanlı hadisələrin qarşısını ala bilərdi. Bununla əlaqədar Prezident İlham Əliyev deyir: “...ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.”

Beləliklə, Azərbaycan Respublikası multikulturalizm siyasəti vasitəsilə ölkə daxilində olan etnik-mədəni müxtəliflikləri tənzimləyərək bu müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına nail olmuşdur. Bu, demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, xalqların etnik-mədəni dəyərlərinin qorunması insan haqlarının tərkib hissəsidir. Ölkəmizin əsas multikulturalizm sahəsində əldə etdiyi nailiyyətləri görmək istəməyən, ona münasibətdə ikili standartlar siyasətini yürüdən bəzi Qərb dövlətləri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülükmultikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı.

Azərbaycan Respublikasının multikulturalizm siyasətindən danışarkən belə bir mühüm qanunauyğunluğa diqqət yetirmək lazımdır: multikulturalizmin ölkənin daxili siyasətində özünü göstərməsi onun xarici siyasətində də yaranmasına səbəb olur. Bu qanunauyğunluq daxilixarici siyasət arasında olan münasibətdən irəli gəlir və multikulturalizmin ölkənin daxili siyasəti ilə bərabər onun xarici siyasətində də özünü büruzə verməsindən xəbər verir. Bu münasibətdə daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Ölkədaxili sabitlik dövlətin xarici siyasətinin sülhyönümlü, beynəlxalq hüququn prinsiplərinə uyğun olması üçün zəmin yaradır. Və əksinə, ölkədaxili vəziyyətin qeyri-sabit, böhranlı olması dövlətin xarici siyasətinin təcavüzkar olmasına, onun beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradan əsas səbəblərdən biridır.

Məlum olduğu kimi, daxili siyasət xarici siyasətə münasibətdə müəyyənedici rol oynayır. Bu qanunauyğunluğa əsaslanaraq Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə müsbət təsir göstərdiyinin nəticəsində ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müəyyən uğurlarının səbəblərini anlamaq mümkündür. Əgər ölkə daxilində Azərbaycan Respublikasının multikulturalizm siyasəti cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunmasına səbəb olursa, ölkələrarası münasibətlərdə bu siyasət etnik, dini, irqi və mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün əlverişli şərait yaradır.

Tanınmış politoloq Samuil Hantinqton “Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması” adlı əsərində göstərir ki, dünya kommunist sisteminin dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki ictimai-siyasi sistemin siyasi, hərbi, iqtisadiideoloji qarşıdurmasını aradan qaldırdı. Bunun nəticəsində “yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”. Onun fikrincə, müasir dövrdə ictimai inkişafda etnik-mədəni dəyərlərin, mədəniyyətin aparıcı rol oynaması sivilizasiyaların toqquşmasını zəruri edir. Hantinqtonun bu fatalistpessimist ruhda verdiyi təhlükəli proqnozunun yanlış olduğunu multikulturalizm ideyalarına əsaslanan Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sahəsindəki fəaliyyəti, onun xarici siyasəti sübut edir. Belə ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Qeyd edək ki, bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atmışdır. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuş “Bakı prosesini qeyd etmək olar.

“Bakı prosesi” - mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. “Bakı prosesi” təşəbbüsünü ilk dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropaona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropaonun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdırmövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Prezident İlham Əliyev “Bakı prosesinin tarixi əhəmiyyəti haqqında 2015-ci ilin may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında aşağıdakıları söyləmişdir: “2008-ci ildə də “Bakı prosesibizim təşəbbüsümüzlə başlamışdır. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri dəvət edilsin. Bu, ilk belə hal idi. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirləri dəvət edildi. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna “Bakı prosesi” adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı prosesi”nə daxildir.”

Bakı prosesinin məqsədləri aşağıdakılardır:

* Mədəniyyətlər arasında anlaşmanın, dialoqun və tolerantlığın inkişafı;

* Müsəlman və Qərb cəmiyyətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi;

* Xalqlar arasında olan dini və mədəni gərginliyin azaldılması məqsədilə barışdıran və sakitləşdirən qüvvələrə dəstək göstərməklə mədəniyyətlər arasında hörmət və qarşılıqlı anlaşmanın qurulması;

*Mədəniyyətin, mədəni irsin və incəsənətin imkanlarını müəyyən etməklə, onların potensialının mədəniyyətlərarası dialoqun və əməkdaşlığın həyata keçirilməsində daha səmərəli istifadəsi;

* Mədəni və bədii fəaliyyətlərin dəstəklənməsi; qarşılıqlı anlaşmadialoqun qurulması prosesində yaradıcılıq və incəsənət adamlarının təkanverici qüvvə kimi tanınması;

* Üzv ölkələr və vətəndaş cəmiyyətinin cəlb olunması ilə, səlahiyyətli beynəlxalq və regional təşkilatlar arasında dialoqun inkişaf etdirilməsi.

Regional təşəbbüs kimi yaranan “Bakı prosesi” 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı. “Bakı prosesinin keyfiyyətcə yeni olan bu inkişaf mərhələsi də Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən Prezidenti İlham Əliyev növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsini elan etmişdir: “Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşamadözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir”. Bu çıxışın ardınca cənab Prezident 27 may 2011-ci il tarixində “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı imzaladı. Bu fərmana əsasən, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilməsi nəzərdə tutulur. 2011-ci ildən indiyədək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoqun 4 forumu ilə yanaşı, “Bakı prosesi” çərçivəsində təşkil olunmuş digər mühüm tədbirlərdən ölkəmizdə 2010-cu ilin 26-27 aprel tarixlərində keçirilmiş Dünya Dini Liderlərinin Sammitini, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə keçirilmiş Beynəlxalq Humanitar Forumları, 2016-cı ilin 25-27 aprel tarixlərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu göstərmək olar.

Mütərəqqi dünya ictimaiyyəti mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsində “Bakı prosesinin rolunu yüksək qiymətləndirir. Məsələn, BMT-nin Baş katibi Antonio Quterreş ötən ilin sentyabr ayında keçirilən bu təşkilatın Baş Assambleyasının 72-ci sessiyasında “Bakı prosesini 2008-ci ildən bəri mədəniyyətlər arasında dialoqu müdafiə edən ön təşəbbüs kimi dəyərləndirmişdir.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikasının uğurla apardığı xarici siyasətin, o cümlədən ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında həyata keçirdiyi böyük layihələr nəticəsində artdığı nüfuzun məntiqi nəticəsi olaraq 2011-ci il 24 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Azərbaycan bu təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. 155 ölkənin dəstəyi ilə Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etmək imkanı qazandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi “aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.”

Beləliklə, Azərbaycanda multikulturalizm üçün əlverişli tarixicoğrafi şəraitin mövcudluğu, müasir dövrdə onun dövlət siyasəti olması və xalqın həyat tərzinə çevrilməsi onun ölkənin daxilixarici siyasətinə müsbət təsir göstərməsində büruzə verir. Multikulturalizmin Azərbaycan Respublikasının daxili siyasətinə təsiri özünü cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasında özünü büruzə verirsə, onun ölkəmizin xarici siyasətinə təsiri özünü etnik-mədəni mənsubiyyətlərindən asılı olmayaraq bütün ölkələrlə ölkəmizin hərtərəfli əlaqələrinin inkişafında göstərir. Bu isə öz növbəsində dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı üçün münbit zəmin yaradır.

 

Etibar NƏCƏFOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Millətlərarası münasibətlər,

multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

 

Azərbaycan.- 2017.- 16 fevral.- S.6.