Biz Mehriban xanımdan ana şəfqəti, ana mərhəməti gördük, kimsəsiz olmadığımızı anladıq”

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun evi”ndə valideyn himayəsindən məhrum gənclər tərəfindən artıq 137 ailə qurulub, 116 uşaq böyüyür

 

Vətəndaş firavanlığının təminatına xidmət edən uğurlu sosial inkişaf kursunun əsas məqsədlərindən birisosial cəhətdən həssas qruplardan olan vətəndaşların, xüsusi qayğıya ehtiyac duyan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə təmin edilməsidir.

Bu vacib məqsədə nail olunması üçün aparılan dövlət siyasətinin icrasında, qeyd olunan kateqoriyaların qayğı mühiti ilə əhatə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmin təcəssümü olan təşəbbüs və layihələri mühüm rol oynayır.

Belə təşəbbüslərdən biri də dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum gənclərin mənzillə təmin olunduğu “Məzun eviSosial Müəssisəsinin (Abşeron rayonunun Masazır qəsəbəsi) yaradılmasında real təsdiqini tapıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərən müəssisənin tərkibində olmaqla inşa edilmiş biri 120, digəri 125 mənzilli olan iki yaşayış binası bu təbəqədən olan gənclərə təqdim olunub. Hazırda müvafiq kateqoriyalardan olan gənclər üçün daha bir yaşayış binasının da tikintisi başa çatmaq üzrədir.

“Məzun eviSosial Müəssisəsinin direktoru Ruxsarə Axundovanın bildirdiyinə görə, indiyədək müəssisədəki iki yaşayış binasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər gənc mənzillə təmin edilib:Bütün mənzillər lazımi mebel, inventar və avadanlıqla, mətbəx avadanlığı və yataq dəstləri ilə təchiz edilib və mənzillərdə normal yaşayış üçün müasir şərait yaradılıb. “Məzun eviSosial Müəssisəsinin Nizamnaməsinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan siyahı əsasında həmin məzunlar öz istəkləri nəzərə alınmaqla “Məzun evi”nə yerləşdirilirlər. Hər bir məzuna bir mənzil təqdim olunur və onların kommunal xərcləri ilk 6 ay müddətində (özəl aliorta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin isə təhsil aldıqları müddətdə) dövlət büdcəsi hesabına ödənilir”.

R.Axundova qeyd edib ki, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları burada yeni mənzillə təmin edildikdən sonra onların əksər hissəsi ailə qurub, hazırda “Məzun evi”ndə 137 ailə vardır və həmin ailələrdə 116 uşaq böyüyür: “Müəssisə üçün tikintisi tamamlanmaq üzrə olan üçüncü yaşayış binasında “Məzun evinin uşaq bağçasının fəaliyyətə başlaması nəzərdə tutulur. Həmçinin müəssisənin ərazisində idman kompleksinin, məktəbin tikilməsi, digər bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da planlaşdırılır”.

Gənc məzunlar müəssisədə müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərlə təmin edildikdən sonra onların əmək bazarına çıxış imkanlarının artırılması, məşğulluqlarının təmin olunması istiqamətində də məqsədyönlü işlər aparılır. R.Axundovanın sözlərinə görə, “Məzun evinin sakinlərindən 20 nəfərinin elə yaşadıqları “Məzun evi”ndəki ştat vahidlərində, müxtəlif ictimai-iaşə xidməti sahələrində daimi yerlərində məşğulluqları təmin edilib. Buradakı digər məzunların da “Məzun eviüçün tikilən yeni yaşayış binasının, yaxın ərazidəki “Yeni Bakı” yaşayış kompleksınin, həmçinin məcburi köçkünlər üçün inşa olunan yaşayış kompleksinin tikintisi işlərində, karton fabrikində, Dövlət Neft Şirkəti (SOCAR) sistemində, yaşıllaşdırma müəssisəsində, beton istehsal edən zavodda, şəxsi klinikalardas. daimi yerləri ilə təminatı həyata keçirilib. Bununla yanaşı, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Məzun evi”ndə yaradılan xalçatikiş sexlərində müəssisədən daha 28 nəfər gəncin məşğulluğu təmin edilib. Onlar bu sexlərdə işə başlamazdan öncə nazirlik tərəfindən təşkil olunan xalçaçılıq və tikişçilik üzrə peşə kurslarına cəlb olunaraq, müvafiq peşələri öyrəniblər. Beləliklə, “Məzun evi”ndə yaşayan gənclərin artıq əksər hissəsi daimi yerləri ilə təmin edilib.

Söhbət əsnasında onu da öyrəndik ki, “Məzun evi”ndə yaşayan gənclər sırasında Bakı və Moskva şəhərindəki ali təhsil müəssisələrində oxuyanlar da var. Ali məktəbləri bitirdikdən sonra onların ixtisaslı mütəxəssislər kimi əmək bazarına çıxış imkanlarına malik olmaları üçün də aidiyyəti üzrə işlər aparılacaq. Müəssisənin ərazisində idman kompleksinin, yaxınlıqda məktəbin inşası ilə əlaqədar açılacaq yeni yerləri də ilk növbədə müəssisədəki gənclərin çalışmaları diqqətdə saxlanılacaq.

“Məzun evi”ndə diqqəti cəlb edən müsbət məqamlardan biri də gənclərin burada bir-birlərinə qarşı çox həssas, dostcasına və qayğıkeş münasibət göstərmələri, mehriban bir ailə kimi yaşamalarıdır. R.Axundova da bunu təsdiqlədi və bildirdi ki, müəssisənin sakinləri şox məsuliyyətlidirlər, bura öz doğma evləri kimi yanaşır, daxili intizam qaydalarına həmişə ciddi riayət edirlər: Bir neçə dəfə burada iməciliklər keçirmişikbu iməciliklərdə, binaların ətrafında yaşıllıqların salınmasında, ağacların, gül kollarının əkilməsində və onlara qulluq göstərilməsində, səliqə-sahmanın qorunub saxlanması işlərində onlar çox böyük həvəslə, sevinc hissi ilə iştirak edirlər”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə belə bir nəcib tədbirin həyata keçirilməsi - dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmişvalideyn himayəsindən məhrum gənclərin müasir tələblərə uyğun mənzillərlə təmin edilmələri, burada hərtərəfli qayğı və dəstək mühitində yaşamaları Azərbaycan dövlətinin sosial siyasətinin yeni bir istiqamət üzrə daha da güclənməsinə səbəb olub.

“Məzun evinin sakinləri ilə söhbət zamanı gənclər belə gözəl binalarda onlara mənzil verilməsindən sonsuz sevinc hissi keçirdiklərini, hər bir mənzildə çox gözəl şəraitin mövcud olduğunu, işlə təmin edildiklərini bildirdilər. Onlar güclü sosial siyasətə malik olan, daim inkişaf edən bir dövlətin vətəndaşı olduqları üçün qürur hissi keçirdiklərini vurğuladılar. Gənclər onların mənzillə təmin edilərək, eyni zamanda normal həyat qurmaları, cəmiyyətdə özlərinə layiq yer tuta bilmələri üçün görülən böyük işlərə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər: “Biz Mehriban xanımdan ana şəfqəti, ana mərhəməti gördük, kimsəsiz olmadığımızı anladıq”.

Biz onların simasında valideyn himayəsindən məhrum olsalar da, dövlətin himayəsində kimsəsizlik dərdini unudan, kimsəsizliyin acılarını, çətinliklərini yaşamayan, həyat yolunda inamla addımlamağa davam edən insanları gördük. Göstərilən dövlət qayğısı onların təkcə rifahının təminatına zəmin yaratmayıb, eyni zamanda layiqli bir həyat yoluna səfərbər olmaları, uğurlu bir gələcəyə sahib çıxmaları, onlara dayaq olan bu dövlətin tərəqqisinə xeyir verə biləcək işlərdə həmişə ön sırada dayanmaları üçün güclü bir stimul, dəyərli bir şans da verib. Bütün bunlar isə Azərbaycan Prezidentinin “Mən dəfələrlə bəyan etmişəm və bunu həyat və atılan addımlar da təsdiqləyir ki, Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” bəyanatının əməli müstəvidə reallaşdığını bir daha təsdiq edir.

Mehriban xanım Əliyevanın xeyirxah missiyasında sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpası, onların səmərəli reabilitasiya xidmətləri ilə təmin edilmələri də mühüm yer tutur. Bunun əyani təzahürü kimi Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılması işinə dəyərli bir töhfədir.

Hər il 400 nəfərədək uşağa səmərəli reabilitasiya xidmətləri göstərən, 1700 kvadratmetr sahəsi olan mərkəz müasir standartlara uyğun tikilib və ən müasir avadanlıqla təchiz olunub. Müəssisədə dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardans. geniş istifadə olunur. İlk növbədə uşaqların psixolojifiziki imkanlarının qiymətləndirilməsi aparılır, fərdi reabilitasiya planları hazırlanır və bu əsasda onlar effektiv fizioterapevtik müalicələrə cəlb edilirlər. Məsələn, mərkəzdə uşaq serebral iflicindən əziyyət çəkənlər üçün balneoterapiya həyata keçirilir. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir. Eyni zamanda uşaqlar sosial mühitə oriyentasiya məqsədli sınanmış tədris metodlarına, sosial reabilitasiyayönümlü effektiv prosedurlara cəlb edilirlər. Uyğunlaşma tədrisi otağında isə uşaq və yeniyetmələrin tədrisi oyunoyuncaqlar vasitəsilə əyləncəvi formada həyata keçirilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi çox gərəkli bir müəssisənin yaradılması ilə yanaşı, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılması üçün digər istiqamətlərdə də çoxsaylı işlər görülüb. Belə işlərdən biri kimi fondunUşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Hazırda 330 nəfərdən çox uşağın hərtərəfli dövlət təminatında yaşadığı bu müəssisələr uşaqların normal yaşayışı, tibbisosialyönümlü reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün ən müasir tələblərə uyğun şərait yaradıldığı nümunəvi dövlət uşaq müəssisələridir. Hər iki müəssisədə müvafiq təbəqədən olan uşaqlara müəyyən edilmiş rejimə və fərdi planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir. Həmçinin uşaqların yaşı və sağlamlıq imkanları nəzərə alınaraq onların ilkin biliklərə və peşə bacarıqlarına yiyələnməsi, yaşlarından və sağlamlıq imkanlarından asılı olaraq fiziki tərbiyəsi, rasional, o cümlədən diyetik yeməklərlə təminatı və s. istiqamətlərdə müvafiq işlər aparılır.

Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında icra olunan layihələrin bir istiqaməti də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına yönəlib. Məhdud fiziki imkanlı şəxslərin cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev FonduBMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilib. Layihə çərçivəsində Bakının Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib. Layihənin davamı olaraq 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb. Hazırda Quba şəhərində də məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzi yaradılır. Regional informasiya mərkəzləri gözdən əlillər və görmə imkanları məhdud insanların İKT-dən istifadəsinə, internetə çıxış, internetdə informasiyanın tapılması və s. üçün imkan verir. Onlara Brayl əlifbası ilə nəşr olunmuş kitablar təqdim olunur, nitq və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün filmlərin nümayiş olunduğu kinozallar, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunu otaqları və s. fəaliyyət göstərir.

Fondun humanist layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzini də əhatə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə 2013-cü ilin dekabrında açılışı olan bu müəssisə sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasında, həmçinin onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsində mühüm rola malikdir. Fondun müvafiq layihələri çərçivəsində Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilər təşkil olunur, onların yaradıcılıq imkanlarının dəstəklənməsi və cəmiyyətə tanıdılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir.

Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının tərkib hissəsi olan bu işlər ölkəmizdə humanizm dəyərləri üzərində sosial müdafiə siyasətinin daha da güclənməsinə mühüm töhfələrini verir.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.-21 fevral.- S.1; 4.