Əli qələmli ağsaqqal

 

Həmzə Vəliməmmədov - bu imza oxuculara ötən əsrin yetmişinci illərindən tanışdır. Onun Lerikin uzunömürlüləri haqqında yazıları həmin illərin dövri mətbuatında dərc edilmiş, radioda səsləndirilmişdir. Təcrübəli jurnalistin şəxsi arxivində bugünədək dağlar diyarının ağsaqqalları xeyirxah ziyalıları barədə yazdığı oçerklər, yol qeydləri, reportajlar, müsahibələr saxlanılır.

Həmzə Vəliməmmədov repressiyanın tüğyan etdiyi 1938-ci ildə Lerikin ucqar dağ kəndində doğulmuşdur. Repressiya onun ailəsindən yan keçməmişdir. İki yaşına çatanda atası böhtanın qurbanı olmuşdur. Yeganə övlad olan Həmzəni anası boya-başa çatdırıb oxutdurmuşdur. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb müəllim peşəsinə yiyələnən Həmzə ilk əmək fəaliyyətinə dağ kəndində başlamış, məktəb direktoru işləmişdir. Sonra Pedaqoji İnstitutda ali təhsil almışdır. Hələ müəllimlik dövründə onun yazılarıAzərbaycan müəllimi”, “Azərbaycan gəncləriqəzetlərində çap olunmuşdur.

1966-cı ildə LerikdəBolluq uğrunda” (indikiLerik”) qəzeti nəşrə başlayır. Həmzə müəllim redaksiyaya dəvət olunur, şöbə müdiri vəzifəsində çalışır. Bu dövrdə o, həm Azərinformun (AZƏRTAC) ştatdankənar müxbiri kimi fəaliyyət göstərir. Hazırladığı xəbərlər respublika qəzetlərində çap olunur. Sonradan Lerik Rayon Partiya Komitəsinin təqdimatı ilə Bakı Ali Partiya Məktəbində jurnalistika şöbəsini bitirən H.Vəliməmmədov bir müddət rayonda partiya sovet orqanlarında məsul vəzifələrdə çalışır.

1974-cü ildə rayon qəzetinin rəhbərliyini möhkəmləndirmək zərurəti yaranır. Tərəddüd edilmədən bu vəzifəyə Həmzə Vəliməmmədov məsləhət görülür. Yeni redaktor ilk aylar çətinliklərlə üzləşir. Mətbəədə avadanlıq, redaksiyada  ixtisaslı işçilər az idi. Amma bu, uzun çəkmir. Redaktorun təşəbbüsü ilə yeni avadanlıq alınır, gənc işçilər peşə məktəblərinə göndərilir. Redaksiyaya savadlı qələm sahibləri cəlb edilir. Qısa müddətdə qəzet tərtibatı materialların oxunaqlı olması ilə seçilməyə başlayır. 1976-cı ildə isə Respublika Mətbuat Komitəsinin müsabiqəsində birinci yeri tutub mükafata layiq görülür.

Yerli qəzetin tirajı ilbəil artdı. Fəhlə-kəndli müxbirlərlə görüşlər, oxucular konfransları keçirildi. 1985-ci ildə müxbirlərlə kütləvi işin təşkilinə görə qəzetə SSRİ Jurnalistlər İttifaqının diplomu verildi. 1987-ci ildə isə qəzet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olundu. H.Vəliməmmədovun özüQızıl qələm” media mükafatını aldı, 1990-cı ildə kütləvi informasiya vasitələrində uzun illər səmərəli fəaliyyətinə görə əməkdar jurnalist fəxri adına layiq görüldü.

Yeri gəlmişkən onu da qeyd edək ki, H.Vəliməmmədov tələbəlik illərində xam torpaqlarda məhsul yığımında fərqləndiyinə görə Qazaxıstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuş, adı respublika komsomolunun fəxri kitabına yazılmışdır.

10 il rayon Mədəniyyət Turizm şöbəsinə rəhbərlik edən Həmzə müəllim bu gün qələmi yerə qoymur. Lerikdəki abidələr, el sənətkarları, folklor, turizm mərkəzləri barədə yazıları respublika qəzetlərinin səhifələrində dərc olunur. Onun təşəbbüsü ilə Lerikdə Uzunömürlülər muzeyi yaradılmışdır. Buradakı eksponatların əksəriyyətini o, kəndləri gəzib toplamışdır. 2010-cu ilin iyununda muzeyin yeni binasının açılışına gələn Prezident İlham Əliyevə buradakı eksponatlar barədə məlumat vermişdir.

H.Vəliməmmədov Lerikin müharibə əmək veteranları, Qarabağ döyüşlərində şəhid olanlar haqqında kitabların müəllifidir. Qədim diyarın dünəni bu günü barədə çap etdirdiyi toplu da oxucular tərəfindən maraqla qarşılanmış, mətbuatda təqdir olunmuşdur.

Qocaman jurnalist cənub bölgəsində ağsaqqal ziyalı, qayğıkeş ailə başçısı kimi tanınır. 10 övlad atası, 18 nəvə babasıdır. Övladları arasında dövlət qulluqçusu, yüksək rütbəli zabit, müəllim, musiqiçi, sadə peşə sahibi var.

Rayon Ağsaqqallar Şurasının sədri kimi Həmzə Vəliməmmədov ictimaiyyət arasında nüfuz hörmət sahibidir. Onun təşəbbüsü ilə ağsaqqalların ad günləri keçirilir. Şuranın fəaliyyət göstərdiyi binada ahılların istirahəti üçün nümunəvi şərait yaradılmışdır. Ağsaqqallar təşkilatına səriştəliklə rəhbərlik etdiyinə görə H.Vəliməmmədov Azərbaycan Ağsaqqallar Şurasının fəxri fərmanı ilə təltif olunmuşdur.

Anadan olmasının 80 illiyi münasibətilə H.Vəliməmmədov alim dostlarından, həmkarlarından, yaradıcı ziyalılardan təbrik məktubları teleqramlar almışdır. Akademik İsa Həbibbəyli yazır: “Həmzə müəllim tanınmış xidmətləri olan ziyalıdır. O, cənub bölgəsində yerli mətbuatın, maarif mədəniyyətin inkişafına uzun illər əmək sərf etmişdir. O, həm Lerik rayonunun, həm bütövlükdə cənub bölgəsinin layiqli ağsaqqalıdır. Bir insan dost kimi səmimi etibarlıdır”.

Biz bu təbriklərə qoşuluruq.

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2018.- 10 fevral.- S.7.