Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Mingəçevir şəhərinə səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydular.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.1.