Azərbaycana nüfuz gətirən möhtəşəm layihələr

 

Dövlətin dünyadakı yerinüfuzu təkcə siyasi amillərlə ölçülmür. Həm də iqtisadi sahədəki nailiyyətləri, vətəndaşlarının sosial rifahı hər bir ölkə üçün beynəlxalq imic baxımından böyük əhəmiyyət kəsb edir.

Bu gün müstəqil və qətiyyətli siyasi kursla beynəlxalq aləmdə yüksək nüfuzu olan Azərbaycana həm də həyata keçirdyi enerji siyasətinə, bölgədə reallaşdırdığı qlobal nəqliyyat layihələrinə görə ehtiramla yanaşırlar.

 

Etibarlı siyasiiqtisadi tərəfdaş

 

Hələ 24 il əvəl “Əsrin müqaviləsi” imzalananda Azərbaycan müstəqilliyinin ilk addımlarını atırdı. Respublikamızın hansısa beynəlxalq uğuru yox idi. Ancaq Heydər Əliyev şəxsiyyətinin ucalığı, onun başladığı uğurlumüdrik siyasət dünyanın iri neft şirkətlərini Xəzərin neft yataqlarının işlənilməsinə cəlb etdi. Və bu tarixi hadisə həm respublikamızın müstəqilliyinin möhkəmlənməsində, həm dünyada tanınmasında, həm də inkişafı istiqamətində ilkuğurlu addım oldu.

24 il dövlətin tarixi baxımından uzun zaman kəsiyi sayılmır. Heç inkişafa nail olmaq üçün bu dövr yetərli deyil. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, onlar bu səviyyəyə gəlib çatmaq üçün hansı onilliklərdən keçib gəliblər. Azərbaycan üçün isə müstəqillik tariximizdə ilk beynəlxalq uğur olan “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ötən dövr olduqca möhtəşəm nailiyyətlərlə əlamətdardır. Bu dövrdə Azərbaycan enerji siyasətində qarşıya qoyduğu bütün hədəfləri reallaşdırdı, ən əsası, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri çəkildi. Bu illərdə Azərbaycan kosmik dövlətə çevrildi, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərdi.

Bütün bu hadisələr həm respublikamızı etibarlı tərəfdaş kimi tanıtdı, həm müstəqilliyimizin əsaslarını daha da bərkitdi, həm də dünyadakı mövqelərini möhkəmləndirdi. Əlbəttə, beynəlxalq miqyasda qazandığımız yüksək etimadın kökündə dayanan əsas səbəb ilk növbədə, ölkəmizin səmərəli siyasiiqtisadi partnyor olması, dünyanı narahat edən hər bir məsələdə qətiyyətli və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa layiqli töhfələr verməsidir. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə sülhün və əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözünü deyir. Eyni zamanda, Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardandır. Ölkəmiz beynəlxalq miqyaslı bütün məsələlərdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməklə etibarlı tərəfdaş olduğunu hər zaman nümayiş etdirmişdir. Bunun da məntiqi nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəlib.

 

DünyadaQafqazda söz sahibi

 

Hazırda davamlı inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər. Son illər başa çatan layihələr, təməli qoyulan yeni əməkdaşlıq telləri bunu bir daha sübut edir.

Ötən ilin sentyabrında Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi üç həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal miqyasda söz sahibinə çevrilməsinin növbəti təsdiqi oldu. Bu hadisə göstərdi ki, indi Azərbaycan özünü təkcə neftqaz hasil edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir. Reallıq da ondan ibarətdir ki, son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri - Bakıda və ölkə regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi bu sahənin inkişafına təkan verib, Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb.

Bu günlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanın yerləşdiyi bölgədəki aparıcı rolunu bir qədər də yüksəltdi. Bu layihənin başa çatdırılması göstərir ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla reallaşır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi layihəsinin uğurla reallaşması ilə Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından yeni mərhələ başlayır. Çünki bununla ölkəmiz gələcəyə hesablanmış daha bir möhtəşəm addım atdı. Bu limanın işə salınması nəticəsində Azərbaycanın tranzitdən gələn gəlirləri əhəmiyyətli dərəcədə artacaq, respublikamız loqistik mərkəz kimi mövqelərini daha da möhkəmləndirəcək. Ən əsası isə gətirəcəyi bütün iqtisadi dividendlərlə yanaşı, bu liman kompleksi Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktordur.

Bu günlərdə açılışı olan “Cənub qaz dəhlizi” göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.

“Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi təbii ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi-diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb. Bu gün ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycanın geosiyasi çəkisi sürətlə artır, dövlətimiz regionda sabitləşdirici faktor kimi çıxış edir.

Azərbaycanın başa çatdırdığı hər bir enerji və nəqliyyat layihəsi həm də ölkəmizin böyük siyasi-diplomatik uğurlarıdır. Bu uğur respublikamızın dünyadaQafqazda söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir. Bütün bunlar həm də onu göstərir ki, Prezident

İlham Əliyevin lider qətiyyəti ilə Azərbaycan tamamilə müstəqil, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və inkişafına hesablanmış siyasət yeridir. Uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 1 iyul.- S.1; 6.