Nevres Hürriyyet Aydoğan: “Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar var

 

“Naxçıvanın zəngin turizm potensialına malik olduğunu əyani şəkildə gördüm. Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyi qədim diyarda turizmin inkişafı üçün geniş imkanlar açır”.

Bu sözləri AZƏRTAC-a Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin iştirakçısı, Muğla Sıtkı Koçman Universitetinin rektor müavini, tibb fakültəsinin dekanı, professor Nevres Hürriyyet Aydoğan deyib.

Bu tədbirin Naxçıvanda keçirilməsində məqsəd buradakı ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, təhsil sahəsində məlumat mübadiləsi aparmaqdan ibarətdir” - deyən Nevres Hürriyyet Aydoğan qeyd edib ki, Naxçıvandakı ali təhsil ocaqlarında olduğumuz müddətdə qədim diyarda təhsilə böyük diqqət yetirildiyini gördük.

Nevres Hürriyyet Aydoğan deyib: “Bu, mənim Naxçıvana ilk gəlişimdir. Ancaq Nuhun yurduna ayaq basdığım andan özümü doğma vətənimdə olduğum kimi hiss etdim. Bunun əsas səbəbi naxçıvanlıların göstərdiyi qonaqpərvərlik və mehriban münasibətdir. Tədbirin təşkilində zəhmət çəkən hər kəsə minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan.- 2018.-1 iyul.- S.4.