Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə
bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədi
ilə Azərbaycan Respublikasının 2018-ci il
dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin
bölgüsündə avtomobil
yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,1 milyon
(yeddi milyon bir yüz min)
manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 2 iyul 2018-ci il
Azərbaycan.- 2018.-3 iyul.- S.2.