Azərbaycan
polisinin yaranmasının 100 illik yubileyi münasibətilə
Azərbaycan Respublikası polis
orqanlarının şəxsi heyətinə
Hörmətli polis əməkdaşları və
veteranları!
Sizi Azərbaycan
polisinin yaranmasının 100 illik yubileyi münasibətilə
təbrik edirəm. Bu tarix
yalnız ölkəmizin daxili işlər
orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan
dövləti üçün əlamətdar
hadisədir.
1918-ci il iyulun 2-də Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları
yaradılmış və bununla da Azərbaycan polisinin əsası
qoyulmuşdur.
Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyev 1969-cu ildə respublikaya
rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi
əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və
peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir.
1991-ci ildə
yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş
verən dağıdıcı proseslər, yaranmış
hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin
əsas sütunlarından olan polis orqanlarına da mənfi
təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin
şəkildə artmış, kriminogen durum nəzarətdən
çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın
təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması
dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu
Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin
edildi, daxili işlər
orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və
xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi.
Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində
güclü dövlət qurulmuşdur.
Ölkəmizdə siyasi sabitlik,
əmin-amanlıq hökm sürür,
qanunun aliliyi təmin edilir, insan hüquqları
ədalətli şəkildə qorunur.
Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa
malik, müasir maddi-texniki imkanlarla təchiz
edilmiş, dövlətçiliyimizin
qorunması işində önəmli xidmətləri olan mühüm dövlət
təsisatıdır.
Dövlət
tərəfindən daxili işlər
orqanları əməkdaşlarının sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər
həyata keçirilir və bu sahədə dövlət qayğısı
gələcəkdə də davam etdiriləcək.
Öz növbəsində, Azərbaycan polisi fəaliyyətini müasir
tələblərə uyğun təkmilləşdirməli,
cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə
və qətiyyətlə aparmalıdır.
Əminəm ki,
daxili işlər orqanlarının şəxsi
heyəti bundan sonra da vəzifələrini şərəflə
yerinə yetirəcək.
Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyətinizdə
yeni uğurlar
arzulayıram.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 iyun 2018-ci il.
Azərbaycan.-
2018.-3 iyun.- S.1.