Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

 

Gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük BritaniyanınHertfordşir Press LTD” nəşriyyatında çap edilib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba daxil edilmiş 130 şeiri ingilis dilinə tanınmış ingilis şair tərcüməçiləri Karolina Valton Anna Mariya Cekson çevirib.

Nəşrin redaktoru Karolina Valtondur.

 

Azərbaycan.- 2018.- 3 iyul.- S.6.