Ağdaş
şəhərinin
su təchizatı və kanalizasiya
sistemlərinin tikintisinin başa
çatdırılması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
Ağdaş şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin tikintisinin başa
çatdırılması məqsədi ilə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli
3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu
(investisiya xərcləri) üçün
nəzərdə tutulan vəsaitin bölgüsü”nün
1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin
22,0 (iyirmi iki) milyon manatı “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinə ayrılsın.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3.Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul 2018-ci il
Azərbaycan.- 2018.-4 iyul.- S.1.