Konstitusiya Məhkəməsi
insan hüquqlarının etibarlı təminatçısına
çevrilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik
yubileyi münasibətilə
Konstitusiya Məhkəməsinin
kollektivinə
Hörmətli Konstitusiya Məhkəməsi
hakimləri və əməkdaşları!
Sizi Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
20 illik yubileyi
münasibətilə təbrik edirəm.
Konstitusiya
Məhkəməsinin yaradılmasının 20-ci ildönümü Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf
edir və bu iki mühüm tarix Azərbaycan xalqının güclü demokratik ənənələrə
malik olmasını əyani şəkildə
nümayiş etdirir.
Müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının inkişafı
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndərin rəhbərliyi
ilə hazırlanmış və 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
xalqının hüquqi, demokratik,
dünyəvi dövlət qurmaq niyyətini
bəyan etmiş və insan
hüquqlarının təmin edilməsini dövlətin
ali məqsədi kimi
təsbit etmişdir.
Əsas Qanunun
aliliyini təmin etmək məqsədilə
1998-ci ildə Konstitusiya Məhkəməsinin
yaradılması konstitusiya
islahatlarının növbəti önəmli mərhələsi
olmuşdur.
Konstitusiya
Məhkəməsi ali konstitusiya
ədalət mühakiməsi orqanı kimi
səmərəli fəaliyyəti ilə Azərbaycan
Respublikasının hüquq sisteminin sabitliyinin təmin
edilməsində, onun davamlı
inkişafında, milli qanunvericiliyimizin
müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə
hüquq mədəniyyətinin daha da yüksəldilməsində
əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına
çevrilmişdir.
Əminəm ki,
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal
iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan
sonra da ölkəmizdə
demokratik və hüquqi
dəyərlərin inkişafına öz
töhfəsini verməkdə davam edəcəkdir.
Bir daha Sizi təbrik edir və Konstitusiya aliliyinin təmin edilməsinə yönəlmiş
fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyul
2018-ci il.
Azərbaycan.- 2018.-7 iyun.- S.1.