Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Respublika Günü münasibətilə Zati-alinizə
Yəmən xalqı adından və şəxsən öz
adımdan ən xoş arzularımı və təbriklərimi
çatdırıram.
Ölkələrimiz arasında mövcud olan yüksək
dostluq əlaqələrinin birgə səylərimizlə
bundan sonra da qardaş xalqlarımızın mənafeyi naminə
daha da inkişaf etməsini diləyirəm.
Sizə və ailənizə möhkəm
cansağlığı, qardaş Azərbaycan xalqına səadət,
dövlətinizə davamlı inkişaf və firavanlıq
arzulayıram.
Dərin hörmətlə,
Abdurabbih Mənsur Hadi
Yəmən Respublikasının Prezidenti
Azərbaycan.- 2018.- 7 iyul.- S.3.