Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin təməlində uğurlu enerji layihələri dayanır

 

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının və tərəfdaşlığının təməlində uğurla gerçəkləşən enerji və nəqliyyat layihələri dayanır.

Əvvəlcə, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, daha sonra “Şahdəniz” qazını Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum xətti bu iki ölkəni bir-birinə daha sıx tellərlə bağlayıb. Bu gün də nəhəng layihələr icra edilməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu artıq istifadəyə verilib. TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) açılışı təkcə bu iki ölkənin deyil, bütün regionun həyatında mühüm hadisəyə çevrildi. Eləcə də Türkiyədə Azərbaycanın sərmayələri ilə yaradılan istehsalat sahələri səmərəli tərəfdaşlığın bəhrəsidir.

Azərbaycan neftinin və qazının Türkiyə ərazisində boru kəmərləri ilə nəqlini BOTAŞ şirkəti həyata keçirir. Petroleum Pipeline Corporation BOTAŞ” şirkəti, yaxud sadəcə, BOTAŞ 1974-cü il avqustun 15-də xam neftin daşınmasını təmin etmək məqsədilə təsis edilib. 1987-ci ildən bəri şirkət təbii qazın daşınması və satışı sahəsində də fəaliyyət göstərir. Ötən illər ərzində BOTAŞ nəinki Türkiyənin, hətta bütün regionun neft-qaz sektorunda aparıcı şirkətlərdən birinə çevrilib və artıq bütün dünyada tanınır. Hazırda şirkət iki törəmə müəssisəyə - BIL-ə (“BOTAŞ International Limited Company”) TPIC-ə (“Turkish Petroleum International Company”) malikdir. Şirkətin eləcə Turusqaz TANAP adlı iki müttəfiq şirkəti var.

TANAP-dan söz düşmüşkən qeyd edək ki, BOTAŞ bu boru xəttinin üç əsas səhmdarından biridir layihədə sanballı iştirak payına malikdir.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərindən biri TP - “Türkiye Petrolleri”dir. TP-nin 60-dan çox yaşı var. Ötən illər ərzində TP iqtisadi fəaliyyətini getdikcə genişləndirərək karbohidrogenlərin kəşfiyyatı, qazması, hasilatı nəqli sahəsində zəngin təcrübə toplayıb. Hazırda o, 7 ölkədə - Türkiyədə, Şimali Kipr Türk Respublikasında, Azərbaycanda, Əfqanıstanda, İraqda, Liviyada Rusiya Federasiyasında işini davam etdirir. Başqa sözlə, BOTAŞ zəngin karbohidrogen ehtiyatları olan Yaxın Şərq, Afrika Xəzər regionu kimi bölgələrdə öz biznes portfelini genişləndirməkdədir.

TP eləcə qeyri-ənənəvi kəşfiyyat (şist qazı), təbii qazın saxlanılması, dərin su qatlarında kəşfiyyat işlərində, boru kəmərləri ilə daşımalarda iştirak edir.

TP regionda qabaqcıl, dünyada nümunəvi olmağı hədəf kimi götürüb. Şirkət daim özününİnsan, cəmiyyət ətraf mühitə hörmətbiznes fəlsəfəsinə sadiq qalır.

Türkiye PetrolleriAzərbaycanda da yaxşı tanınır. Belə ki, TP “Əsrin müqaviləsiimzalanandan sonra ölkəmizdə fəaliyyətə başlayan ilk şirkətlərdən biridir artıq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib.

Azərbaycanda həyata keçirilən nəhəng neft, qaz ixrac layihələrindəki iştirak payları bu şirkətin nüfuz səriştəsindən xəbər verir. TP “Azəri-Çıraq-Günəşliyataqlarının tammiqyaslı işlənməsi layihəsində 5,73 faizlik paya malikdir. Şahdənizqaz-kondensat yatağının işlənməsi layihəsində 19 faizlik payla iştirak edir. Azərbaycan qazını ölkəmizin qonşu Gürcüstanın ərazisi ilə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin səhmdarlarındandır burada payı 19 faizdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biri TP-dir. Onun layihədəki payı 6,53 faiz təşkil edir.

Azərbaycanda yeni müasir neft-qaz infrastrukturunun yaradılmasında isəTekfen İnşaat ve Tesisat” A.Ş. şirkətinin dəst-xətti görünür. Tekfen” 1956-cı ildə qurulan mühəndislik-məsləhətləşmə şirkətinin əsasında ildən-ilə böyüyüb səriştəsini artırıb. İşin aparılmasında keyfiyyət standartlarını ən mühüm amil hesab edən şirkət 60 ildən çoxdur sabitliyini inkişafını təmin edir.

Tekfen Holdinq”in tərkibində olanTekfen İnşaathazırda Azərbaycan, Türkiyə, Orta Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Şərqi Mərkəzi Avropada böyük nailiyyətlər əldə edir. Bu şirkət adından da göründüyü kimi, tikinti işləri ilə məşğul olur. Boru kəmərləri, sənaye müəssisələri, enerji obyektləri tikir, çənlər quraşdırır, avtomobil yolları çəkir digər infrastrukturun yaradılmasında aparıcı qüvvə kimi iştirak edir.

Tekfen” və SOCAR 1996-cı ildə Azərbaycanda birgə müəssisə də yaradıblar. BuTekfen-Azfen” müəssisəsidir. “Tekfen-Azfen” və “AMEK-Tekfen-Azfen” alyansları Azərbaycanda neft-qaz infrastrukturunun qurulmasında önəmli işlər yerinə yetiriblər. O cümlədən, son dövrlərdə “Şahdəniz-2”də quraşdırılmış hər iki platformanın üst hissələrini və onları birləşdirən körpünü inşa ediblər. Bakı-Supsa kəmərinin seksiyalarının dəyişdirilməsi, Səngəçal terminalında “Şahdəniz-2” qazını qəbul edən qurğuların tikilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi və s. keyfiyyətlə başa çatdırılan işlərdir.

Əməkdaşlıq və tərəfdaşlıq Türkiyədə də öz müsbət nəticələrini göstərir. Son illər ərzində ölkəmiz tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub. Növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq. Məsələn, Azərbaycan Türkiyədə mühüm neft-kimya layihələri həyata keçirir. Qardaş ölkənin bu sektorda yeganə istehsalçısı olanPetkim” ildən-ilə uğurlarını artırır.

Türkiyənin dinamik inkişafda olan neft-kimya bazarında “Petkimin payını artırmaq məqsədilə SOCAR neft emalı-neft kimyası - enerji - logistika-distribusiya zəncirindən ibarət geniş bir inteqrasiya layihəsinə start verib. Layihə 2023-cü ildə başa çatmalıdır. İnteqrasiya şəbəkəsinin əsas elementini illik emal gücü 10 milyon ton həcmində nəzərdə tutulan “STAR” neft emalı zavodu təşkil edir. Müəssisə ilk növbədə, “Petkimi xammalla (yüngül və ağır nafta ilə) təmin edəcək.

Adı çəkilən layihələr Azərbaycanın və Türkiyənin iqtisadi əlaqələrinin yalnız bir hissəsinin göstəricisidir. Ümumilikdə isə bu layihələr hər iki ölkənin iqtisadi gücünü artırır. Bu il iyunun 12-də TANAP-ın istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimindəki çıxışında Prezident İlham Əliyevin dediyi kimi: “Türkiyənin gücü bizim gücümüzdürbizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.-7 iyul.- S.1; 4.