“Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi - Dan
ulduzu - Aypara sahəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü
haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Statoyl
Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV və
SOCAR-ın Ortaq neft
şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi,
həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
2018-ci il
mayın 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”), Statoyl
Azərbaycan Əşrəfi Dan Ulduzu Aypara BV (“Statoyl”) və SOCAR-ın Ortaq
neft şirkəti (“ONŞ”) arasında Saziş
bağlanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I
hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. “Xəzər dənizinin
Azərbaycan sektorunda Əşrəfi - Dan ulduzu - Aypara sahəsinin kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkəti ilə Statoyl Azərbaycan
Əşrəfi Dan Ulduzu Aypara BV və
SOCAR-ın Ortaq neft
şirkəti arasında Saziş (bundan sonra - Saziş) qəbul
və təsdiq edilsin, onun
həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən sazişdə iştirak
edən podratçılara verilən Azərbaycan
Respublikası hökumətinin təminatı və öhdəlikləri
(bundan sonra hökumət
təminatı) qəbul edilsin və
onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on iki (12) əlavə
və SOCAR-ın Ortaq neft şirkətinin yaradılmasına
dair Qoşma (bundan sonra əlavələr) qəbul edilsin və
onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu qanun qüvvəyə mindikdən sonra saziş,
hökumət təminatı və əlavələr qanun
olurlar. Sazişdə konkret
surətdə başqa hallar
göstərilməyibsə, saziş,
hökumət təminatı və əlavələr sazişin qüvvədə olduğu
müddət ərzində bu sazişə,
hökumət təminatına və əlavələrə uyğun gəlməyən və ya zidd olan
Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək
qanunlarının, fərmanlarının, yaxud
inzibati sərəncamlarının (və
ya onların hissələrinin) müddəalarından
üstün tutulur.
5. Bu qanun qüvvəyə mindikdən
sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin
istənilən hissəsi barəsində əvvəllər
bağlanmış hər hansı saziş,
kontrakt və ya bu cür başqa
sənədlə verilə bilən bütün
digər hüquq və vəzifələr
ləğv edilir, habelə
bu qanun qüvvəyə
mindikdən sonra sazişin,
hökumət təminatının və əlavələrin
şərtlərinə müvafiq surətdə
və qüvvədə olduğu bütün müddət ərzində sazişin pay
iştirakçılarına kontrakt sahəsində
neft-qaz əməliyyatları aparmaq üçün
müstəsna hüquq verilir.
6. Bu qanun qüvvəyə mindikdən
sonra podratçının (və ya onun hüquq
varislərinin) saziş, hökumət təminatı
və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər
podratçının qabaqcadan
razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla
bilməz.
7. Sazişdən irəli gələn
hüquq və öhdəliklərin yerinə
yetirilməsi üçün sazişin iştirakçılarına bütün lazımi lisenziyalar,
gömrük icazələri, vizalar, başqa səlahiyyətlər
və sanksiyalar verilir.
8. Sazişə və ya əlavələrə hər hansı əlavələr,
düzəlişlər, dəyişikliklər yalnız sazişin və əlavələrin tərəflərinin
yazılı razılığı ilə edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 iyun 2018-ci il
Azərbaycan.
- 2018.-8 iyul.- S.2.