Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 710; 2011, ¹ 12, maddə 1088) aşağıdakı dəyişikliklər edilsin:

1. 13.1-ci maddədə “orta peşə-ixtisas və texniki-peşə təhsili” sözləri “peşə təhsili və əlavə təhsil” sözləri ilə əvəz edilsin.

      2. 13.2-ci maddədə “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2018-ci il

 

Azərbaycan.- 2018.-8 iyul.- S.2.