“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun
tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq,
“Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 12 iyun tarixli 1176-VQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1.üç ay müddətində:
1.1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
“Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.1.2.
“Ətraf mühitin mühafizəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
52-ci və 58-ci maddələrinin 2-ci hissələrinə uyğun olaraq, dövlət
və ictimai ekoloji
ekspertizanın həyata keçirilməsi qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
1.1.3. həmin qanunun 52-ci maddəsinin 7-ci və 9-cu hissələrində
nəzərdə tutulmuş Ekspert Komissiyası haqqında əsasnaməni
Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla təsdiq etsin;
1.2.Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Ətraf mühitin
mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü
abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci
maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki
halda), 9-cu, 10-cu (hər iki
halda) və 12-ci hissələrində,
54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində,
55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin
1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində,
58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində,
58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir;
3.2. həmin qanunun
52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü
maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində,
56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində
“orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
nəzərdə tutulur;
3.3. həmin
qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü
abzasında, 40-cı maddəsinin 2-ci hissəsində, 52-ci
maddəsinin 1-ci, 7-ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda) və 12-ci hissələrində, 55-ci
maddəsinin 1.2-ci bəndində,
57-ci maddəsinin 1-ci və 3-cü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan
Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi nəzərdə tutulur;
3.4. həmin qanunun
58-ci maddəsinin 4-cü və 7-ci hissələrində,
58-1-ci maddəsinin 1.2-ci bəndində “orqan
(qurum)” dedikdə Azərbaycan
Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti
orqanları nəzərdə tutulur;
3.5.həmin qanunun 52-ci maddəsinin 5-ci hissəsində “orqan
(qurum)” dedikdə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma
yerləri və kurortlara münasibətdə
isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə tutulur;
3.6. həmin qanunun 52-ci maddəsinin 8-ci (ikinci
halda) hissəsində “orqan
(qurum)” dedikdə Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi
nəzərdə tutulur.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 iyul 2018-ci il
Azərbaycan.- 2018.-8 iyul.-
S.3.