Prezident İlham Əliyev: “Heç bir xarici
qüvvə bizim iradəmizə təsir
edə bilməz”
Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz
ən yüksək kürsülərdə özünü
göstərir. Heç bir
xarici qüvvə bizim
iradəmizə təsir edə bilməz. Bunun
səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi
müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir.
Xalq ilə iqtidar
arasındakı birlik əsas şərtdir.
Bu bizim müstəqil
həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda,
iqtisadi müstəqilliyimizdir.
AZƏRTAC xəbər
verir ki, “İlham Əliyev. İnkişaf
- məqsədimizdir” çoxcildliyinin
65-ci kitabında yer alan
bu fikirləri dövlətimizin
başçısı 2014-cü il
sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində
Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şəraitlə tanışlıq zamanı
ictimaiyyətin nümayəndələri ilə
görüşündə deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin
65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə
edir.
Nəşrdə
Prezident İlham
Əliyevin Xəzəryanı ölkələrin dövlət
başçılarının IV Sammitində iştirak
etmək üçün Rusiyanın Həştərxan
şəhərinə işgüzar səfərinə,
Sammitdə çıxışına, MDB Dövlət
Başçıları Şurasının iclasında iştirak etmək üçün
Belarusa işgüzar səfərinə,
Şuranın iclasında çıxışına, Tacikistana rəsmi, Fransaya,
Macarıstana işgüzar səfərlərinə,
Macarıstan Milli Televiziyasına
müsahibəsinə, habelə İran İslam Respublikasının Prezidentinin
Azərbaycana səfəri zamanı dövlətimizin
başçısının apardığı
danışıqlara, eləcə də imzalanan
sənədlərə,
mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda
Prezident İlham
Əliyevin Rusiya, İtaliya,
Estoniya, Vyetnam, Albaniya, Avstriya, Qətər,
Almaniya və başqa
dövlətlərin, BMT, ISESCO, Avropa
İttifaqı, AŞPA, ATƏT və digər beynəlxalq təşkilatların,
Asiya İnkişaf
Bankının, Dünya Bankının
ölkəmizə səfər etmiş
yüksəkvəzifəli şəxslərini, “Rossiya seqodnya” beynəlxalq
informasiya agentliyinin baş direktorunu qəbul
etməsinə dair informasiyalar
da yer alıb.
Azərbaycan Prezidentinin “Əsrin müqaviləsi”nin 20 illiyinə
və Cənub Qaz Dəhlizinin təməlinin
qoyulmasına həsr olunmuş təntənəli
mərasimdə, IV Beynəlxalq Humanitar Forumun, Gənclər Siyasəti üzrə I Qlobal Forumun rəsmi
açılışları mərasimlərində nitqləri
ilə, ayrı-ayrı dövlətlərin bu tədbirlərdə iştirak
üçün ölkəmizə səfər
etmiş nümayəndələrini qəbul
etməsinə dair materiallarla
da 65-ci kitabda
tanış olmaq mümkündür.
Nəşrdə,
həmçinin dövlətimizin
başçısının yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan
yəhudi icmasına, müqəddəs Qurban
bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin
mətnləri, “Bakı-Tbilisi-Qars dəmir yolu
xətti – İpək yolu dəhlizinin inkişafında yeni
imkanlar” mövzusunda
beynəlxalq konfransın, İslam Əməkdaşlıq
Təşkilatına üzv dövlətlərin
nazirlərinin “İnkişafda qadınların
rolu” mövzusunda V
konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının
növbəti iclasının iştirakçılarına məktubları
və digər müraciətləri yer
alıb.
Çoxcildliyin
bu kitabında Prezident
İlham Əliyevin İsmayıllı, Qəbələ,
Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan
və Gəncə şəhərlərinə səfərlərinə,
bölgələrdə ictimaiyyət nümayəndələri
ilə görüşlərinə, bir
sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin,
parkların, sənaye müəssisələrinin, habelə
Bakıda infrastruktur obyektlərinin
açılışlarında iştirakına dair informasiyalar, Nazirlər
Kabinetinin 2014-cü ilin
doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin
mətnləri verilib.
Kitaba “Qeydlər”,
“Şəxsi adlar”, “Coğrafi
adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən
buraxılan 65-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-2018.-10 iyul.- S.5.