Azərbaycanın
Baş nazirinin rəhbərlik
etdiyi nümayəndə heyəti Ankarada TANAP şirkətinin inzibati
binasında olub
İyulun
9-da Prezident Rəcəb Tayyib
Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün
Türkiyəyə səfərə gələn Azərbaycan
Respublikası Baş naziri
Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TANAP şirkətinin inzibati
binasında olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
TANAP-ın baş direktoru
Hüseyin Saltuk Düzyol inzibati binanın
quruluşu və iş
şəraiti barədə Azərbaycan nümayəndə heyətinə
geniş məlumat verib.
Sonra əsas
toplantı salonunda TANAP-la
bağlı sənədli film nümayiş olunub. Filmdə
TANAP-ın layihələndirilməsi, tikintisi,
boru xəttinin keçdiyi
coğrafiyanın relyefi və s. mühüm məqamlar
barədə müfəssəl məlumatlar var.
Baş nazir Novruz Məmmədov
Azərbaycanın neft strategiyasının
istiqamətləri barədə fikir və
mülahizələrini bölüşüb.
Ümummilli
lider Heydər Əliyevin müəyyən
etdiyi uzaqgörən neft
strategiyası sayəsində əldə olunan
böyük uğurlardan
danışan Azərbaycan hökumətinin
başçısı diqqətə çatdırıb ki, TANAP Avrasiya məkanında
enerji təhlükəsizliyinin təmin
olunmasında həlledici rola malik layihədir. Novruz
Məmmədov deyib ki,
TANAP da daxil olmaqla həyata keçirilən və
perspektivdəki bütün iqtisadi layihələr Azərbaycanın və
Türkiyənin qüdrətinə əlavə güc verib. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın dostluq və
qardaşlıq münasibətləri, o
cümlədən dövlət
başçılarımızın birgə qəbul etdikləri
qərarlar ölkələrimizin və xalqlarımızın
maraq və mənafelərini təmin
edir.
SOCAR-ın prezidenti
Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi
layihələr barədə məlumat verib.
Azərbaycan.- 2018.-10 iyul.- S.5.