ATƏT
PA-nın sessiyasında Dağlıq Qarabağın Ermənistanın
işğalı altında olması məsələsi
qaldırılıb
Berlində Reyxstaqın binasında (Almaniya
Bundestaqının iqamətgahında) Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının
plenar iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan
Milli Məclisinin deputatı Azay Quliyev dondurulmuş
münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və onun həllində
ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini
qaldırıb. Deputat
ATƏT-in üzv dövlətlərin ərazi
bütövlüyünü qeyd-şərtsiz
dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət
tərəfindən işğal edilməsi
faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib. ATƏT-in vitse-prezidenti
bu kontekstdə ikili
standartların tətbiqinin yolverilməz olduğunu
vurğulayıb. O, Minsk konfransının
çağırılmasını zəruri hesab
edərək bildirib ki,
orada münaqişə Minsk
qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.
ATƏT-də
İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin
sualına cavab verərkən deyib ki, həlli indiyədək
uzadılan münaqişələrin tənzimlənməsində
tərəqqiyə nail olmaq
üçün İtaliya
sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı
həmkarının danışıqlar prosesini
irəlilətmək məqsədilə Minsk
konfransını çağırmaq barədə təklifi də
nəzərə alınıb.
Azərbaycan.- 2018.-10 iyul.- S.6.