ATƏT PA-nın sessiyasında azərbaycanlı deputat kibertəhlükəsizlik sahəsində təhdidlərin olduğunu göstərib

 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) sessiyasında çıxış edən deputat Tahir Mirkişili kibertəhlükəsizlik sahəsində, xüsusən transmilli korporasiyalar tərəfindən milyonlarla istifadəçinin şəxsi məlumatlarının qeyri-qanuni şəkildə toplanması ilə əlaqədar təhdidlər mövcud olduğuna diqqəti cəlb edib və həmkarlarını bu məsələni diqqət mərkəzində saxlamağa çağırıb.

Deputat kiprli məruzəçi Kiriakos Kiriaku Haciyanni tərəfindən təqdim olunmuş “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” adlı məruzədə ifadə edilmiş ATƏT PA çərçivəsində xüsusi komitə və ya altkomitə yaradılması barədə təklifi də dəstəkləyib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2018.-10 iyul.- S.6.