Səfəri başa çatdı
Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi
səfəri iyulun 10-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət
bayraqlarının dalğalandığı Heydər
Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava
limanında Azərbaycan Respublikası Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf
Xələfov və digər rəsmi şəxslər yola saldılar.
Azərbaycan.- 2018.-11 iyul.- S.3.