“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1226-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1613, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12, maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 may tarixli 46 nömrəli, 10 may tarixli 50 və 58 nömrəli, 22 may tarixli 87 nömrəli, 11 iyun tarixli 135 nömrəli və 25 iyun tarixli 144 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə “43.3” sözlərindən sonra “, 97.1-ci maddələrində, 97.3-cü maddəsinin birinci və üçüncü cümlələrində” sözləri, “127-1.8-ci (ikinci halda)” sözlərindən sonra “maddəsində, 127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində, 127-2.6” sözləri, “275.2” sözlərindən sonra “, 354.0.8” sözləri, “548.3-cü maddələrində” sözlərindən sonra “, 552-ci maddəsinin adında və mətnində” sözləri əlavə edilsin;

3.2. 4.1-1-ci bənddən “40.0.3,” sözləri çıxarılsın;

3.3. 4.9-cu bənddən “, 97.1-ci maddələrində, 97.3-cü maddəsinin birinci və üçüncü cümlələrində” sözləri, “127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində (hər iki halda), 127-2.6” sözləri və “, 354.0.8 (yol hərəkətinin təhlükəsizliyi sahəsində)” sözləri çıxarılsın;

3.4. 4.29-cu bənddə “352.0.1, 354.0.8 (yol hərəkətinin təhlükəsizliyi sahəsi istisna olmaqla) maddələrində” sözləri “352.0.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

3.5. 4.29-1-ci bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.6. 4.50-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.51 - 4.54-cü bəndlər əlavə edilsin:

“4.51.həmin məcəllənin 40.0.3-cü maddəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;

4.52. həmin məcəllənin 97.1-ci maddəsində, 97.3-cü maddəsinin birinci cümləsində, 127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində, 127-2.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində həmin məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara, habelə həmin məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur;

4.53. həmin məcəllənin 97.3-cü maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

4.54. həmin məcəllənin 354.0.8-ci maddəsində “orqan (qurum)” dedikdə yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, habelə Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyi, sərnişin və yük daşımaları sahəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımaya münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur.”;

3.7. 5.1-ci bənddə “344 - 347” rəqəmləri “344, 345, 347” rəqəmləri ilə, “352.0.1 - 352.0.3” sözləri “352.0.1, 352.0.3” sözləri ilə əvəz edilsin və həmin bənddən “, 354.0.1, 354.0.4” sözləri çıxarılsın;

3.8. 5.13-cü, 5.14-cü, 5.27-1-ci, 5.30-1-ci və 5.32-1-ci bəndlərdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.9. 5.32-ci bənddən “, 354.0.5” sözləri çıxarılsın və həmin bənddə “354.0.8” sözləri “354.0.9” sözləri ilə, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

3.10. 5.32-2-ci bənddən “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;

3.11. aşağıdakı məzmunda 5.33-1-ci bənd əlavə edilsin:

“5.33-1. həmin məcəllənin 346-cı və 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır;”;

3.12. aşağıdakı məzmunda 5.34-1-ci və 5.34-2-ci bəndlər əlavə edilsin:

“5.34-1. həmin məcəllənin 352.0.2-ci, 354.0.1-ci və 354.0.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;

5.34-2. həmin məcəllənin 354.0.5-ci və 354.0.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və ya Bakı Nəqliyyat Agentliyi baxır;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2018-ci il

 

Azərbaycan.- 2018.- 11 iyul.- S.4.