Qaçqın və məcburi köçkünlərə göstərilən təmənnasız xidmət humanistlik və xeyirxahlıq nümunəsidir

 

Azərbaycanda səfərdə olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) regional nümayəndəsi Yohannes van der Klauvunbaşçılıq etdiyi nümayəndə heyəti iyulun 10-da Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri ƏliHəsənovla görüşüb.

AZƏRTAC xəbər verir ki, BMT kimi nüfuzlu qurumun Azərbaycan dövlətinin fəaliyyətini dəstəklədiyini yüksək qiymətləndirən Baş nazirinmüavini bildirib ki, ölkəmizdə bütün sahələrdə bundan sonra da inkişafın təmin olunması üçün səylər davam etdiriləcək.

Əli Həsənov deyib ki, son illər dünyanın müxtəlif regionlarında başverən fövqəladə hadisələr narahatlıq doğurur. Ölkələrin bir-birinin ərazisini işğal etməsi, insanların evlərindən didərgin düşməsi, qaçqın həyatı yaşaması qlobal məsələlərdəndir. Getdikcə dərinləşən və bəşəriyyəti yeni-yeni faciələrə sürükləyən dəhşətli hadisələrin qarşısı alınmazsa, daha pis nəticələrlə üz-üzə qalacağıq.

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı insanların öz doğma yurdlarından zorladidərgin salınmasına səbəb olub. Bu problem 25 ildən çoxdur ki, həllini tapmır. Münaqişə nəticəsində ölkəmizdəki qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan çoxdur.

Əli Həsənov ölkəmizin ən çətin anlarında BMT QAK-ın Azərbaycan hökumətinə yardımlarından danışaraq deyib: “Biz heç zaman unutmuruq, Azərbaycanda qaçqın böhranı yaşananda sizin qurum bizə çox kömək göstərdi. Təşəkkür edirik. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bizo böhrandan çıxa bildik. Bu gün isə Ümummilli Liderin davamçısı Prezidentİlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasət nəticəsində Azərbaycan dünyada tanınan və öz dəst-xətti olan ölkələr sırasında qərarlaşıb. Məcburi köçkünlərin problemlərini daim nəzarətdə saxlayan dövlətimizin başçısı onların sosial qayğılarının həlli ilə bağlı Azərbaycan modeli yaradıb. Son zamanlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görür. Bu tədbirlər nəticəsində bu il 100-cü qəsəbə tikilirilin sonunda məcburi köçkünlərin mənzillə təminatı 57 min 500 ailə və ya 290 min nəfər olacaq. Dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Evlər, qəsəbələr tikilib, köçkünlərin istifadəsinə verilib. Bu işlər davam etdirilir”.

Baş nazirin müavini nümayəndə heyətinin tərkibində yer alan tanınmış yaponiyalı alim, Nansen Qaçqın Mükafatı laureatı doktor Akio Kanaiyə də təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı səhifəmiz olan Aprel döyüşləri nəticəsində azad olunmuşCocuq Mərcanlı və həmin ərazidə yeni inşa edilmiş qəsəbədə məskunlaşan məcburi köçkün ailələrinə doktor Kanaiyə verilən mükafatların vəsaiti hesabına kənd təsərrüfatı texnikasının alınaraq onların istifadəsinə verildiyinisöyləyib. Son 13 ildə məcburi köçkünlər və aztəminatlı ailələrə təmənnasız 54 minədək eynək paylandığını, 28 min nəfərdən çox insanın isə pulsuzmüayinədən keçirildiyini diqqətə çatdırıb. Əli Həsənov, həmçinin son günlərYaponiyada güclü yağışlar nəticəsində baş vermiş insan tələfatından kədərləndiyini bildirib.

Qeyd edək ki, doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda “Fujihumanitar missiyasının altı optometrist mütəxəssisindən ibarət heyəti məcburi köçkünlərin, aztəminatlı ailələrin və şəhid ailələri üzvlərinin görmə qabiliyyətini pulsuz müayinə edibonlara optik eynəklər paylayıb.

BMT QAK-ın regional nümayəndəsi Yohannes van der Klauv, öznövbəsində, Azərbaycanda reallaşdırılan layihələri yaxından izlədiklərinideyib. Qonaq qaçqın və məcburi köçkünlərin güzəranının yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi layihələri yüksək qiymətləndirdiklərini bildirib və hər zaman dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Əli Həsənov deyib ki, bu yaxınlarda Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısı çıxışında son 15 il ərzində Ermənistanın cinayətkar rejimtərəfindən idarə olunduğunu bütün tədbirlərdə dediyinibunun artıq erməni xalqı tərəfindən də təsdiq edildiyini, Ermənistanın yeni rəhbərliyinin bunlardandüzgün nəticə çıxaracağına və problemin həlli üçün konstruktiv mövqetutacağına ümid etdiyini bildirib. Həmçinin Prezident Nazirlər Kabinetiqarşısında yeni strateji istiqamətlər müəyyənləşdirib: islahatlar davametdirilməli, iqtisadi, maliyyə sektorunda, vergi, gömrük sistemlərində şəffaflıq təmin olunmalı, dövlət xərclərinə nəzarət, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir.

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana yeni təyin olunan nümayəndəsi Quido Ambrosonun da iştirak etdiyi görüşdə digər məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2018.-11 iyul.- S.5.