Akademik İsa Həbibbəyli:
“Azərbaycan dövləti sabitliyin möhkəm və etibarlı
qarantıdır”
Müasir, müstəqil Azərbaycanın inkişafının ən mühüm amillərindən biri, daha doğrusu, birincisi ölkədə dövlət səviyyəsində ictimai-siyasi sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabit ictimai-siyasi mühit Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində daha da möhkəmləndirilərək böyük inkişafa geniş meydan açıb. Ona görə də, ictimai-siyasi sabitlik müstəqil Azərbaycan dövlətinin ən mühüm nailiyyəti deməkdir və qazanılan böyük uğurların əsasını təşkil edir.
Son günlərdə Gəncədə baş verən hadisələr, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilib. Sabitliyin hədəfə alınması, çaşqınlıq, xaos yaratmaq və pozuculuq cəhdləri müstəqil dövlətimizin inkişafını gözü götürməyən, buna dözə bilməyən qüvvələrin məqsədyönlü niyyətlərinin ifadəsidir. İndi düşmən qüvvələr qatilləri, terrorçuları din qəhrəmanı kimi qələmə verməyə çalışırlar. Amma unudurlar ki, ölkəmizdə din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir. Azərbaycan multikultural və tolerant ölkədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyulun 10-da Gəncədə baş verən hadisələrə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli söyləyib.
Akademik deyib
ki, Gəncə hadisələrində polisin hədəf kimi
seçilməsi də təsadüfi deyil.
Çünki Azərbaycan polisi
müstəqilliyimizin bütün inkişaf mərhələlərində
dövlətimizə sədaqətlə xidmət edib. Bu gün
Azərbaycan polisinə əl qaldırmaq, atəş açmaq sabitliyin əsas
təminatçısı olan polisimizi sarsıtmaq, ictimai
rəydə bu inzibati
orqanın gücü haqqında
formalaşmış müsbət imici
aşağılamaq məqsədi daşıyır. Hadisə nə qədər ağır olsa da, sınaqlardan
çıxmış Azərbaycan polisini
və xalqın ona münasibətini
sarsıda bilməz. Ən başlıcası isə Azərbaycan
xalqı Prezident İlham
Əliyevin apardığı siyasəti ürəkdən dəstəkləyir
və müdafiə edir. Sözün həqiqi mənasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev müstəqil dövlətimizdə
möhkəm sabitliyin, ədalətin və
inkişafın qüdrətli təminatçısı və
qarantıdır. Xalqımız, o cümlədən
ziyalılarımız belə məsuliyyətli günlərdə
dövlət rəhbərimizin ətrafında daha
sıx birləşirlər. Bu gün ölkəmizdə möhkəm birlik və sabitlik hökm sürür.
Dövlətimiz ölkəmizdə hər cür
sabitliyi və normal həyat
tərzini təmin edib. Bu,
bizim böyük sərvətimizdir.
Bu sərvəti qorumaq
hər birimizin şərəfli və məsuliyyətli
borcudur.
Azərbaycan.- 2018.- 13 iyul.- S.5.