S.B.İmamverdiyevin “Şərəf” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında tibb elminin inkişafında böyük xidmətlərinə
görə Sudeif Bəşir oğlu İmamverdiyev “Şərəf”
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyul 2018-ci il
Azərbaycan.- 2018.-14 iyul.-
S.2.