İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007,  ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7 maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə 613, ¹ 7, maddə 787, ¹ 12, maddə 1494; 2015, ¹ 12, maddə 1434; 2016, ¹ 12, maddə 2050; 2017, ¹ 2, maddə 156, ¹ 6, maddə 1056, ¹ 8, maddə 1511; 2018, ¹ 2, maddə 151; Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1062-VQD nömrəli və 24 aprel tarixli 1080-VQD nömrəli qanunları) 56.2-ci maddəsinin birinci cümləsinə, 78.3-cü maddəsinə, 79.1-ci maddəsinin ikinci cümləsinə, 81.1-ci maddəsinin ikinci cümləsinə və 86.2-ci maddəsinə “icra məmurlarının” sözlərindən əvvəl “icra xidməti” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il

 

 Azərbaycan.- 2018.-15 iyul.- S.4.