Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alır:

Feldyeger rabitəsi haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹8, maddə 405; 2008, ¹ 8, maddə 710) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədən feldyeger rabitəsini həyata keçirən dövlət qulluqçularının hüquqi vəziyyətinisözləri çıxarılsın.

2. 2.0.1-ci maddədəxüsusilə mühümsözlərixüsusi əhəmiyyətlisözləri ilə əvəz edilsin.

3. 2.0.2-ci 6.1.5-ci maddələrdənAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı iləsözləri çıxarılsın.

4. 2-ci maddədə “2.0.”, “2.0.1.” “2.0.2.” rəqəmləri  2.1.”, “2.1.1.” “2.1.2.” rəqəmləri ilə əvəz edilsin.

5. Aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanları tərəfindən  bu qanunun 2.1.1-ci maddəsində göstərilməyən korrespondensiyalarının müvafiq ünvanlara çatdırılmaq üçün feldyeger rabitəsi orqanına təhvil verilməsi qadağandır.”.

6. 6.1.1-ci maddə   III fəsil ləğv edilsin.

7. 6.4-cü maddədəaçılasözündən sonra “, yoxlanılasözü əlavə edilsin.

8. 6.5-ci maddədəxüsusisözüoperativsözü ilə əvəz edilsin.

9. 11.4-cü maddədənormalar əsasındasözlərinormalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindənsözləri əlavə edilsin.

10. 11.5-ci maddədəxüsusi geyim formasısözləri  hərbi geyim formasısözləri ilə əvəz edilsin.

11. 11.6-cı 11.8-ci maddələr ləğv edilsin.

12. Aşağıdakı məzmunda 12.3-cü maddə əlavə edilsin:

“12.3. Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

13. V  fəsil aşağıdakı redaksiyada verilsin:

 

“ V FƏSİL

 

YEKUN MÜDDƏALAR

 

Maddə 13. Qanunun pozulmasına görə məsuliyyət

Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il

 

Azərbaycan.- 2018.-15 iyul.- S.5.