Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı

 

“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli Qanununa Əlavə

 

1. Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr.

2. Neftqaz emalı zavodlarının layihələndirilməsi.

3. Neft, qazya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 kmdaha çox, diametri 500 mmdaha çox olan boru kəmərlərinin layihələndirilməsi.

4. Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi.

5. Gücü 300 MVtdaha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi.

6. Atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi.

7. Gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;

8. Metallurgiya müəssisələrinin (zavodlarının)  layihələndirilməsi.

9. Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi.

10. Tikinti materiallarının (o cümlədən sement) istehsalı sahələrinin layihələndirilməsi.

11. Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi.

12. Hava limanlarının layihələndirilməsi.

13. Dəniz ticarət limanlarının, eləcə sahil limanları ilə əlaqəli boşaltma yükləmə məqsədli ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi.

14. Təhlükəli təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi.

15. İstehsalat məişət tullantı sularının təmizlənməsi təkrar istifadəsi üzrə layihələr.

16. Hündürlüyü 15 metr daha yüksək olan su bəndlərinin, su anbarlarının başqa su tutumlarının (rezervuarların) layihələndirilməsi.

17. Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr.

18. Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi.

19. Şəhərlərin su təchizatı kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi.

20. Su mənbələrindən istifadə (il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə uzunluğu 20 km-dən, diametri 500 mm daha çox olan su boru kəmərlərinin layihələndirilməsi.

21. Əhatə etdiyi sahə 1000 ha-dan çox olan irriqasiya meliorasiya sistemləri, eləcə magistral suvarma kanalları kollektorların layihələndirilməsi.

22. Kağız sellüloz istehsalı müəssisələrinin layihələndirilməsi.

23. Tikinti materialları yataqlarının mənimsənilməsi istismarı layihələri.

24. Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan çıxarılması, hasilatı, işlənilməsi emalı layihələri.

25. Emal istiqamətli istehsal sahələrinin layihələndirilməsi.

26.  300 nəfərdən çox tutumu olan turizm rekreasiya obyektlərinin layihələndirilməsi.

27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi. 

28. İri istehsal təyinatlı sənaye müəssisələrinin (texnoparkların) layihələndirilməsi.

29. Texnoloji avadanlıq maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi.

30. Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların, qurğuların yaradılması s.).

31. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələr.

32. Gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parkları) layihələndirilməsi;

33. Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi.

34. İrimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr.

 

Azərbaycan.- 2018.-17 iyul.- S.6.