İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib

 

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov digər rəsmi şəxslər qarşıladılar.

 

Azərbaycan.- 2018.-18 iyul.- S.2.