Rusiyanın informasiya agentliyi Leyla
Əliyevanın kitabı haqqında yazıb
Rusiyanın “RİA Novosti”
agentliyinin “Rossiya dlya vsex” portalı Azərbaycan Tərcümə
Mərkəzinin beynəlxalq layihələri haqqında,
yaxın günlərdə Londonda dərc edilmiş gənc Azərbaycan
şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream”
(“Dünya yuxutək əriyir”) kitabı haqqında material yerləşdirib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqalədə gənclərin Leyla Əliyevanın əsərlərinə marağından və kitabın nəşr edilməsi məqsədindən danışılıb.
Məqalə ilə daha yaxından tanış olmaq
istəyənlər
https://azj.rus4all.ru/exclusive/20180703/728681157.html
elektron ünvanına müraciət edə bilər.
Azərbaycan.-
2018.-18 iyul.- S.7.