Laura MattarellanınŞöhrətordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Laura MattarellaŞöhrətordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2018-ci il

 

Azərbaycan.- 2018.-19 iyul.- S.4.