"Total" şirkəti "Ümid-Babək" təbii qaz yataqlarının işlənilməsində maraqlıdır                

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.

AZƏRTAC –ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olundu.

 

Azərbaycan.- 2018.-20 iyul.- S.4.