Azərbaycan ilə “SUEZ” qrupu
arasında əməkdaşlığın perspektivlərinə
dair fikir mübadiləsi
aparılıb
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışıldı. Azərbaycanın əhalisinin artdığını qeyd edən Prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd etdi.
Söhbət zamanı bu sahədə mövcud təkliflər
nəzərdən keçirildi, gələcək
əməkdaşlıqla bağlı fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-
2018.-20 iyul.- S.4.