Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaşıdır

 

İyulun 18-də İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdikləri görüşlər, səsləndirdikləri bəyanatlar, imzalanan yeni sənədlər, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı və biznes forum iki ölkə arasındakı münasibətlərin, strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqlədi.

 

İtaliya şirkəti Sumqayıtda gözəl əsər yaradıb

 

Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə, mətbuata verdikləri bəyanatlarda iki ölkə arasında strateji tərəfdaşlıq və yeni münasibətlərin inkişaf istiqamətlərinin konturları öz əksini tapdı. Azərbaycanın ən birinci ticarət tərəfdaşı olan İtaliyanın ölkəmizin inkişafı üçün hər zaman öz dəstəyini əsirgəməyəcəyi vurğulandı.

Dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında və keçirilən biznes forumda iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni inkişaf istiqamətləri müəyyənləşdi.

Zavodun açılışında Prezident İlham Əliyev vurğuladı ki, İtaliya Prezidentinin bu mərasimdə iştirakı müəssisənin əhəmiyyətini daha da artırır. Eyni zamanda bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranıb. İtaliya şirkəti olanMaire Tecnimontbütün inşaat işlərini yüksək səviyyədə aparıb və gözəl bir əsər yaradıb.

 

Azərbaycanın müasir tarixində bu səviyyədə sənaye müəssisəsi tikilməyib

 

Üç il öncə zavodun təməlqoyma mərasimini də xatırlayan dövlət başçısı qeyd etdi ki, qısa zaman ərzində burada böyük nəhəng sənaye müəssisəsinin yaradılmasını da Azərbaycanın uğurları sırasına aid etmək olar: “Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.

Dövlət başçısı vurğuladı ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulubbu, tikilən yeni zavodun timsalında aydın görünür. Zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib. Bu da onu bir daha təsdiqləyir ki, zavodun fəaliyyətə başlaması ilə hər iki ölkənin biznes dairələri üçün çox gözəl imkanlar açılır.

 

19 növ polipropilen, 12 növ yüksəksıxlıqlı polietilen istehsal olunacaq

 

2015-ci ildə təməli qoyulan “SOCAR Polymer” zavodlarından artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.

Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması ölkənin ixrac potensialının artırılmasıdır.

“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək. Polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunacaq.

 

Məhsulların 70 faizi ixrac ediləcək

 

Dövlət başçısı diqqətə çatdırdı ki, polipropilen zavodunun istifadəyə verilməsi ilin sonunda polietilen zavodunun fəaliyyətə başlaması nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda ildə 300 min ton məhsul istehsal olunacaq məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək.

Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaq. Zavodda 500-dən çox yeni yeri açılacaq. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq.

Bu, bir daha təsdiq edir ki, Azərbaycan öz sənaye potensialını getdikcə müasirləşdirir gücləndirir. Ölkədə uğurlu sənayeləşmə siyasəti aparılır. Bu ilin altı ayında qeyri-neft sənayesinin 8,8 faiz artması da bunun sübutudur. Bu, görülən işlərin real nəticəsidir.

 

Yüksək texnologiyalara cavab verən sənaye müəssisələri

 

İtaliyanın ölkəmizin bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha diqqətə çatdıran Prezident vurğuladı ki, əsas məqsəd ticarət əlaqələrinin çoxşaxəli olması bir çox sahələri əhatə etməsindən ibarətdir tezliklə buna nail olunacaq: “Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaq. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə geniş meydan, geniş imkanlar olacaq”.

İtaliya Prezidenti Sercio Mattarella da bunu çox əhəmiyyətli layihə adlandırdı. Onun fikrincə, belə sənaye müəssisələri ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin Azərbaycanla İtaliya arasında əməkdaşlığın dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir: “Bu, eləcə dövlətlər xalqlar arasında dostluğun səmimiyyətin bir işarəsidir”.

 

250 milyard dollara yaxın sərmayə

 

Azərbaycan İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək adamının iştirak etdiyi biznes forumda dövlət başçıları çıxış edərək bəyan etdilər ki, tərəfdaşlığın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır.

Prezident İlham Əliyev vurğuladı ki, iki ölkə arasındakı siyasi əlaqələr yüksək səviyyədədir. Bu imkanlardan isə biznes dairələri istifadə etməlidirlər. Bu əməkdaşlığın gələcəkdə daha da dərinləşməsinin vacibliyini söyləyən dövlət başçısı bildirdi ki, iqtisadi sahədəki gələcək əməkdaşlıq bir neçə istiqamət üzrə getməlidir: “Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir qorunur”.

 

Dünya miqyasında rekord göstərici    

 

Dövlət başçısı ölkəmizdəki ümumi iqtisadi duruma da toxunaraq vurğuladı ki, Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. İqtisadiyyat, yəni ümumi daxili məhsul 3,2 dəfə artıb. Bu, dünya miqyasında rekorddur.

Ölkədə işsizlik kəskin şəkildə aşağı düşərək 5 faizə, yoxsulluq isə təxminən 50 faizdən 5,4 faizə enib. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni bütün bu göstəricilər təsdiqləyir ki, makroiqtisadi vəziyyət müsbətdir.

Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

 

Asiyadan Avropaya ən qısa yol Azərbaycandan keçir  

 

Ölkəmizin müəllifi olduğu, eləcə iştirakı ilə regionda həyata keçirilən meqalayihələrdən, nəqliyyat-logistika imkanlarından söz açan dövlət başçısı vurğuladı ki, Azərbaycan Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirərək Avrasiyanın enerji xəritəsini yenidən tərtib edib.

Cənub qaz dəhlizivasitəsi ilə 2020-ci ildən Azərbaycan qazı Avropaya nəql olunacaq. Bakı-Tbilisi-Qarsın reallığa çevrilməsi isə Asiyadan Avropaya əks istiqamətə ən qısa yolun Azərbaycan ərazisindən açılması ilə nəticələnib. Bununla paralel olaraq, AzərbaycanŞimal-Cənubnəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, əlverişli investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır. Bütün bu infrastruktur Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyuluşuna real zəmin yaradır.

 

Dünyanın marağına səbəb olan inkişaf modeli

 

İtaliya Prezidenti Sercio Mattarella isə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşadığını söylədi. Bildirdi ki, bu əhəmiyyətli inkişaf prosesi təkcə İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada böyük marağa səbəb olub.

Onun sözlərinə görə, İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində, sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Son illərdə italyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə italyan müəssisələrinin və texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. “Azərbaycan bizim neft üzrə birinci təchizatçımızdır. Biz bu ölkənin mütləq şəkildə ilk ticarət tərəfdaşı olmağından qürur duyuruq. Strateji baxımdan regionda önəmli rola malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin baş qəhrəmanı ola bilər. Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik. Çünki bu, istər indiki, istər gələcək münasibətimizə təsir edir” - deyə Sercio Mattarella söylədi.

 

İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb

 

Onu da xatırladaq ki, 2017-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə qərarlaşıb və bu ilin ilk 6 ayı ərzində də liderliyini qoruyub saxlayıb.

İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 milyon dollar investisiya qoyub.

Əminliklə söyləyə bilərik ki, iki ölkə arasında yeni inkişaf mərhələsinə qədəm qoyan strateji tərəfdaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da dərinləşməsinə, əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına öz töhfəsini verəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-21 iyul.- S.1; 7.