Mətbuatın böyük dostları və himayədarları

 

Milli mətbuatımız zəngin tarixi irs və təməl üzərində bu gündinamik inkişaf edir, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmur, dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə sadiqlik nümayiş etdirir.

Əsası 1875-ci il iyulun 22-də böyük ziyalı, ictimai xadim və ədib Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatı cəmiyyətin inkişaf xüsusiyyətlərinə uyğun mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə çatıb. Azərbaycan, eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının təşəkkül tapması ilə sıx şəkildə bağlıdır.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox səhələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi plüralizmsöz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxartdı. Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən ölkəmizdə 4500-ə yaxın qəzet, jurnal, informasiya agentliyiteleradio şirkətləri qeydiyyata alındı.

Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadihüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan hakimiyyəti də söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar adtı.

Mətbuat üzərindən dövlət nəzarətinin rəsmi şəkildə götürülməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki 1998-ci ilin 8 avqust tarixində bu barədə ilk dövlət rəsmi sənədini məhz o zaman dövlət başçısı olan Heydər Əliyev imzaladı.

Müasir cəmiyyətdə önəmli rol oynayan mətbuatın siyasi münasibətlərə və proseslərə yaxından nüfuz imkanları da nəzərə alınsa, onun məsuliyyətinin kifayət qədər böyük olduğu şəksizdir və cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilir. Təsadüfi deyil ki, ictimai rəyə təsir göstərmək imkanlarına KİV hətta “dördüncü hakimiyyət” də adlandırılır.

Azərbaycan mətbuatının respublikada demokratikləşmə proseslərinin dərinləşməsində və vətəndaş cəmiyyəti institutlarının mövqelərinin möhkəmlənməsində xidmətləri danılmazdır.

Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mətbuatının əsas və keyfiyyət göstəricisinə çevrilməlidir.

2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə keçirilən tədbirdə ölkəmizdə azad mətbuatın inkişafı sahəsində bundan sonra da davamlı işlərin görüləcəyi xüsusi vurğulanıb. Dövlət başçısı eyni zamanda, mətbuat işçilərinin də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, əsl jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyəti obyektiv informasiya ilə təmin edəcəklərinə əminliyini ifadə edib: “Azərbaycan cəmiyyəti iqtisadi cəhətdən, siyasi cəhətdən və ictimai fikir baxımından daha da sıx birləşməlidir. Hesab edirəm ki, burada medianın çox böyük rolu vardır və ola bilər. İlk növbədə, hesab edirəm, əsas məsələ ondan ibarətdir ki, bizim yerli mediamız xarici təsirdən azad olsun. Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim vardır. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda, inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər vardır və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidirbizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq”.

Dəfələrlə qeyd edildiyi kimi, müstəqil Azərbaycan söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Bu istiqamətdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbəbə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək inamla irəliləyən Azərbaycanda KİV-in fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Prezident İlham Əliyev daim respublikada KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Dövlət başçısı həmişə respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinin, eyni zamanda, onlara lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bildirir. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə dövlət başçısının yüksək qiymət verdiyinin bariz nümunəsidir. Respublikanın bütün bölgələrində “Əkinçi” qəzetinin 130-140 illik yubileylərinin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, peşəkar jurnalistlərin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ölkə rəhbərinin mətbuata qayğısını əyani nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, həmçinin “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları da ölkə mətbuatına göstərilən dövlət qayğısının davamlı və sistemli səciyyə daşıdığını təsdiqləyir. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

“Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli sərəncamı da məhz ölkəmizdə KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, “RUH” Jurnalistləri Müdafiə Komitəsi tərəfindən keçirilən rəy sorğusuna əsasən, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ilin yekunlarına görə “Jurnalistlərin dostu” mükafatını qazanıb. “Jurnalistlərin dostu” mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Sorğunun nəticələrinə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə KİV-ə göstərdiyi diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülüb.

2010-cu ildə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzet redaksiyalarına və digər KİV-ə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının təcəssümüdür. Mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan addımdır. 2010-cu ilin dekabrında jurnalistlərə dövlət tərəfindən hədiyyə ediləcək ilk yaşayış binasının tikintisi üçün Bakının Səbail rayonu ərazisində torpaq sahəsi ayrıldı. Yeddimərtəbəli, iki bloklu, 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verildi.

Ölkə rəhbəri mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsi məqsədilə növbəti sərəncam imzaladı. Sərəncama əsasən, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrıldı.

Bütün bunlarla yanaşı, mətbuatımızın tarixində təəssüfedici hallar da az olmayıb. Belə ki, söz, fikir və mətbuat azadlığı üçün respublikamızda yaradılmış liberaltolerant mühit bəzi hallarda bu sahədə müəyyən problemlərin ortaya çıxmasına, xüsusən də informasiyanın toplayıcısı və cəmiyyətə ötürücüsü funksiyasını yerinə yetirən KİV-də qanunların və peşə davranışı normalarının kobud şəkildə pozulması hallarına da gətirib çıxarıb. Prezident İlham Əliyev belə hallara təəssüfləndiyini gizlətməyib: “Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda, biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyevin milli müstəqil mətbuatın inkişafı, respublikamızda nəşr edilən qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi üçün növbəti dəfə imzaladığı sərəncam nəinki KİV nümayəndələrində, jurnalistlərdə, həm də daha geniş ictimai auditoriya olan cəmiyyətdə birmənalı şəkildə xoş ovqat yaratmış oldu. Həmin sərəncamla ölkədə nəşr edilən qəzetlərə birdəfəlik maliyyə yardımı göstərilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayrılması nəzərdə tutulur. Xatırladaq ki, belə mahiyyət daşıyan sərəncam dövlət başçısı tərəfindən ötən ilin iyul ayında da imzalanıb. Bütün bunlar, mətbuata dövlət dəstəyi, əlbəttə, həm də hakimiyyətlə KİV arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, onların iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlıqlarının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda rolunun gücləndirilməsi məqsədi daşıyır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.-22 iyul.- S.1-2.