Xalq artisti Rasim Balayevin 70 illik yubileyi qeyd edildi

 

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrətordenli Rasim Balayevin 70 illik yubileyini qeyd edib.Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazıadlanan tədbirdə Mədəniyyət Nazirliyinin, AMEA-nın, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, “Veysəloğluşirkətlər qrupunun əməkdaşları, tanınmış mədəniyyət incəsənət xadimləri, aktyorun sənət dostları, doğmaları, Türkiyədən olan sənətçilər, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan MEK direktoru Leyla İmanova bildirdi ki, kitabxananın fondlarındaRasim Balayevkateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə Rasim Balayevin iştirakı ilə çəkilmiş filmlər, intervülər verilişlər elektron kataloq ilə yanaşı, Milli Rəqəmsal Bazasına da daxil edilmiş istifadəçilərin ixtiyarına verilmişdir. L.İmanova qeyd edib ki, MEK informasiya istehsalçısı olaraq, nəzdində fəaliyyət göstərən Vikipediya Metodik Mərkəzi, “Qorqudviki-könüllülər qrupuŞəmsTərcümə Xidmətləri Mərkəzi ilə birlikdə Rasim Balayevin azərbaycandilli vikipediyadakı səhifəsini redaktə etmiş, ərəb, fars, türk gürcü dilli vikipediyalarda viki-səhifəsini yaratmış, bununla da informasiya məkanında mövcud boşluq qismən olsa aradan qaldırılmışdır. Eyni zamanda, MEK tərəfindən Rasim Balayevə həsr olunan film hazırlanmış MEK-in Youtube kanalında yerləşdirilmişdir. L.İmanova çıxışında Rasim Balayevin iştirakı ilə Anar, Tofiq Tağızadə, Eldar Quliyev, Ənvər Məmmədxanlı, Həsən Seyidbəyli, İsa Hüseynov, Ramiz Həsənoğlu kimi korifeylərin yaratdıqları Beyrək, Babək, Nəsimi obrazlarının, dünənin qəhrəman obrazlarının gənc nəslə təsir imkanlarından, kino klassikasına çevrilmiş Azərbaycan filmlərinin bərpasından, gənc nəslin informasiya qavrayışı özəlliklərinin nəzərə alınması ilə əsrlərdən, zamanlardan keçən Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Cavid kimi layiqli azərbaycanlı obrazlarını özündə cəm edən vahid kiber-obrazın yaradılmasından danışıb.

ADMİU-nun Səhnə danışıq kafedrasının müəllimi, Rasim Balayevin tələbəsi olmuş Əlizaman İknurun təqdimatından sonra MEK-in xalq artistinin həyat yaradıcılığını əks etdirənRasim Balayev. Milli yaddaşda qəhrəman obrazıadlı video nümayiş olunub.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun sənətindən, yaradıcılığından danışıb. Yubilyarı Mədəniyyət Nazirliyinin rəhbərliyi  adından təbrik edən E.Əliyev aktyora can sağlığı, yaradıcılıq uğurları arzulayıb.

Sonra musiqili tədbirin tərtibatına uyğun olaraq incəsənət mədəniyyət xadimlərinin çıxışları ifaları dinlənilib. Çıxış edənlərdən xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Azər Paşa Nemətov, əməkdar incəsənət xadimləri şair Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudov, əməkdar artistlər İstanbul şəhər bələdiyyə teatrının müdir müavini Məlahət Abbasova, bəstəkar-müğənni Qasım Xəlilov, Ötkəm İsgəndərov, Musiqili Dram Teatrının aktyoru Nadir Xasıyev Rasim Balayev şəxsiyyətinin sənətinin parlaq cizgiləri haqqında öz düşüncələrini bölüşüblər. Muğam ifaçılarından xalq artistləri Zabit Nəbizadə, Teyyub Aslanov, əməkdar artist Elnarə Abdullayeva, muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev, xanəndə Elbrus Niftəliyev, bəstəkar-müğənni Qasım Xəlilov Azərbaycan musiqisinin ecazkar nümunələri ilə məclisi rövnəqləndiriblər. Xalq artistinin tələbə yoldaşları Vaqif Əsədov, Elmi Mirzəliyev aktyor haqqında maraqlı xoş xatirələrini söyləyiblər. Veysəloğluşirkətlər qrupu adından şirkətin vitse-prezidenti İlqar Nuri çıxış edərək xalq artisti Rasim Balayevi yubileyi münasibəti ilə təbrik edib.

Sonda xalq artisti Rasim Balayev öz ürək sözlərini bölüşüb, yubiley gecəsinin təşkilatçısı olan MEK-ə bütün sənət dostlarına tədbir iştirakçılarına xüsusi minnətdarlığını ehtiramını bildirib.

Məlumat üçün bildirək ki, “Rasim Balayevadlı elektron resurs MEK istifadəçilərinin ixtiyarındadır.

 

Azərbaycan.- 2018.- 26 iyul.- S.6.