Yüksək etimadın bariz nümunəsi

 

İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında səmərəli tərəfdaşlığın inkişafı üçün geniş perspektivlər açdı

 

Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə iyulun 19-20-si tarixlərində bu ölkəyə səfər edən Prezident İlham Əliyev bir sıra önəmli görüşlər keçirdi. Dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri olan Fransada Prezident Emmanuel Makron, eləcə də bu ölkədə fəaliyyət göstərən böyük şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər əlaqələrin daha da dərinləşməsinə, yeni müstəviyə yüksəlməsinə stimul vermiş oldu.

 

26 illik uğurlu diplomatik münasibət

 

Öncə onu vurğulayaq ki, Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulub. 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi təsis edilib.

Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olan Azərbaycanla telekommunikasiya, şəhərsalma, təhsil, mədəniyyət, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlığı getdikcə möhkəmlənir. Hazırda respublikamızda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir.

 

İlham Əliyevin Fransaya 13-cü səfəri

 

2003-cü ildə Prezident seçilən İlham Əliyev xaricə ilk rəsmi səfərinə Fransadan başlayıb. Prezident 2004-cü (2 dəfə), 2006-cı (2 dəfə), 2007-ci (2 dəfə), 2009-cu, 2012-ci, 2014-cü (2 dəfə), 2015-ci, 2017-ci və bu illə birlikdə Fransaya ümumilikdə 13 dəfə səfər edib.

2011-ci ildə Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub. Bu səfər çərçivəsində Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi olubNikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif edib.

2014 və 2015-ci illərdə Fransanın sabiq prezidenti Fransua Olland Azərbaycana rəsmi səfərlər edib. İlham Əliyev və Fransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa biznes forumu keçirilib. İki ölkə arasında mühüm sənədlər imzalanıb.

İki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu var. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulubbir çox sahələri əhatə edir. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır.

 

Nümunəvi tərəfdaşlıq modeli

 

Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronun adından Prezident İlham Əliyevin şərəfinə verilən naharda iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunuldu. Bildirildi ki, Fransa münaqişənin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha fransalı həmkarının diqqətinə çatdırdı.

Azərbaycanın mövqeyi isə dünya birliyinə artıq bəllidir: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişdirilsin, münaqişəyə son qoyulsun, bölgədə sülh təmin edilsin.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevlə fransalı həmkarı arasında şəxsi münasibətlərin pozitiv məcrada dərinləşməsi baxımından da mühümdür.

Çünki ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana və onun rəhbərliyinə yüksək münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllində önəmli faktor hesab oluna bilər.

Azərbaycan Prezidentinin səfərinə göstərilmiş diqqət İlham Əliyevin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan dünyada, Avropa, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır, qəbul ediliradekvat münasibətə layiq görülür.

 

İmzalanan yeni sənədlər iqtisadi münasibətləri daha da dərinləşdirəcək

 

Dövlət başçılarının iştirakı ilə imzalanan yeni sənədlər də təsdiq etdi ki, Fransa Azərbaycanla ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük önəm verir.

Sənədlərə gəldikdə isə onu demək olar ki, Fransa şirkətləri ölkəmizdə bir sıra sosial infrastruktur layihələrin həyata keçirilməsinə öz köməyini göstərəcək. “Azərkosmos” ASC ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi bağlandı. “Azərsu” ASC və “SUEZ Group” arasında Niyyət Sazişi, “Azərbaycan Hava Yolları” QSC ilə “Modern Construction Group” və “Thales” şirkətləri arasında Anlaşma Memorandumu, 3 müqavilə və Niyyət Məktubu imzalandı.

Prezident İlham Əliyevin Parisdə Fransa Senatının sədri Jerar Larşe, Fransa Milli Assambleyasının sədri Fransua de RüjiFransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə keçirdiyi görüşlərdə də Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan söz açıldı, həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, “Cənub qaz dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulandı. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olundu.

Bu görüşlərdə səslənən fikirlərdən bəlli oldu ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, aparılan müzakirələr Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişə öz müsbət töhfəsini verəcək. Nəzərə alsaq ki, Fransa Avropa İttifaqının aparıcı ölkələrindən biridir, onda deyə bilərik ki, bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür.

Elə Senatın sədri Fransua de Rüjiyeni sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyərək Fransanın bu sənədin imzalanmasında çox maraqlı olduğunu söyləməsi də deyilənləri bir daha təsdiqləyir. Bu, həm də iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Əlbəttə ki, Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və hər iki ölkə əməkdaşlığın daha da genişləndirilməsi üçün bütün mümkün variantlardan istifadə edir.

 

Fransanın biznes dairələrinin Azərbaycana böyük marağı var

 

Azərbaycanla Fransa arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Bu səfər zamanı iki ölkə arasında imzalanan sazişlər isə müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls vermiş olacaq.

Fransanın biznes dairələri Azərbaycan Prezidentinin bu səfərinə mühüm əhəmiyyət verdi. Dövlət başçısının Fransanın aparıcı şirkət rəhbərləri ilə çoxsaylı görüşləri bu ölkənin biznes dairələrinin Azərbaycana böyük marağının ifadəsi idi.

Wilmotte & Associes Architectesşirkətinin icraçı direktoru xanım Borina Andriye, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri baş icraçı direktoru Patrik Puyane, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild, “Iveco France” şirkətinin prezidenti, “Iveco Global Bus”un rəhbəri Silvan Blez, “Naval” qrupunun sədri baş direktoru Erve Giyu, “CIFAL” qrupunun prezidenti Jil Remi, “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo ilə görüşlər keçirildi. Bu görüşlərdə Azərbaycanın neft-qaz hasilatı, ölkəmizlə Fransa arasında hərbi sənaye sahəsi, eləcə müxtəlif sahələr üzrə əməkdaşlıq, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri ilə bağlı müzakirələr aparıldı.

 

11 şirkət nümayəndəsi ilə görüş, 2,3 milyard dollarlıq anlaşma

 

Azərbaycan Prezidentinin Fransaya səfəri ikitərəfli iqtisadi, siyasi humanitar əməkdaşlıq əlaqələrinin yeni səviyyəyə yüksəlişi üçün mühüm əhəmiyyətə malikdir. Bu səfər Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək və ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar açacaq. Keçirilən görüşlərdə aparılan müzakirələr bir daha təsdiq etdi ki, Azərbaycanla Fransa arasında mövcud olan güclü siyasi əlaqələr, nümunəvi tərəfdaşlıq modeli getdikcə daha da güclənəcək.

Dövlət başçısının Fransanın 11 şirkətinin nümayəndəsi ilə səmərəli görüşləri isə əlbəttə ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açdı. Onu da vurğulayaq ki, yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Bu anlaşmalar həm Fransanın, həm də Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, iki ölkə arasında, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-24 iyul.- S.1; 2.