Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Bu il aprelin 11-də keçirilmiş seçkilərdə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Surinam Respublikasının hökuməti xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq şərəf duyuram.

Ölkənizin inkişafı, sabitliyi, Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji uğurlar diləyirəm.

Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Surinam Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da güclənəcək.

Zati-aliləri, Sizə, Azərbaycan Respublikasının hökumətinə xalqına ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Desire Delano Bouterse

Surinam Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 26 iyul.- S.1.