Yeniyetmə ağır atletlərimiz Avropanın ən güclüləri oldular

 

Tarixi uğura imza atan komandamız Avropa birinciliyindən 22 medalla döndü

 

 İdmanın hər bir növünün inkişafı uşaq yeniyetmələrdən başlayır. Belə ki, ilk növbədə, bu yaş qruplarında idmançıların yetişdirilməsi gələcək qələbələrin möhkəm təməli deməkdir. Azərbaycan Ağır Atletika Federasiyası da gələcək uğurlar üçün diqqəti xüsusən ağır atletikanın uşaq yeniyetmələr arasında stimullaşdırmasına yönəldib.

Yeniyetmə ağır atletlərimizin yaxın keçmişimizdə Tailandda Kosovoda keçirilən yarışlardan zəfərlə qayıtmaları bu deyilənləri təsdiq etməklə AAAF-ın təqdirəlayiq fəaliyyətindən xəbər verir. Bu günlərdə İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində isə yeniyetmə ağır atletlərimiz sözün əsl mənasında, tarix yazdılar. Belə ki, atletlərimiz Azərbaycanın müstəqilliyi dövründə ağır atletikamızın ən möhtəşəm qələbəsinə imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görüldülər. Ən əsası, ağır atletlərimizin Avropa birinciliyindəki qələbəsi Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyərək Prezident İlham Əliyevin yürütdüyü idman siyasətinin növbəti təntənəsi kimi idman tariximizə qızıl hərflərlə yazıldı.

15 17 yaşa qədər olan yeniyetmə oğlan qızlar arasında iyulun 22-29-u tarixlərində keçirilən ağır atletika üzrə Avropa birinciliyi Argentinada baş tutacaq yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Yarışa 40-a yaxın ölkədən 388 atlet (169 qız 219 oğlan) qatılmışdı.

Azərbaycan yığma komandası Avropa birinciliyinə geniş heyətlə qatılmışdı. Ölkəmizin şərəfini 15 yaşlı yeniyetmələrin mübarizəsində oğlan ağır atletlərdən Elvin Şükürzadə (50 kq), Elşən Məmmədov, Fuad Həsənov (hər ikisi - 56 kq), Murad Əliyev, Kamil Nəbiyev (hər ikisi - 62 kq), Yaşar Mamayev (77 kq), Əli Şükürlü (85 kq), Əli Quliyev (94 kq), qız ağır atletlərdən Günel Muxtarlı (44 kq), Selcan Qarayeva (48 kq), Fazilə İmanova (53 kq), Səma Mayılova, Anna Opanasyuk (hər ikisi - 58 kq), Fidan Mirzəzadə (63 kq) Rahilə Hüseynova (69 kq) qoruyurdu. 17 yaşlı ağır atletlərin mübarizəsində oğlanlardan Ömər Cavadov (50 kq), Sale Alxasov (56 kq), Rüstəm Qasımov, Elməddin Hüseynov (hər ikisi - 62 kq), Füqan Əliyev (69 kq), Əlimərdan Alxasov, İsmayıl Baxışov (hər ikisi - 77 kq) Tarmenxan Babayev (85 kq), qızlar arasında isə Lalə Rzazadə (58 kq) Hüseynzadə Fidan (69 kq) mübarizə apardılar.

Azərbaycan yığmasının 25 yeniyetmə ağır atleti Milanda qüvvəsini sınadı. Komandamıza ilk medalı yarışın əvvəlində 50 kq çəki dərəcəsində mübarizə aparan Elvin Şükürzadə qazandırdı. Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalına sahib olub..

Komandanın ilk qızıl medalını isə yaşı 17-yə qədər olan oğlanlar arasında 50 kq çəki dərəcəsində mübarizə aparan Ömər Cavadov qazandı. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirdi 88 kq nəticə göstərdi. Bununla, bütün rəqiblərini üstələyərək bu hərəkətdə qızıl medala layiq görüldü. Ömər eyni uğuru təkanla qaldırma hərəkətində davam etdirdi. Atletimiz bu dəfə 102 kq-nı ram edərək bu hərəkətdə Avropanın gümüş medalçısı oldu. Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov Avropa birinciliyinin qalibi adını qazandı. Öz çəkisində rəqib tanımayan atletimiz möhtəşəm uğura imza atdı.

Yarışın ikinci günü komandamız üçün uğurlu oldu. Həmin gün yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 56 kq çəkidə Fuad Həsənov hər iki hərəkətin cəminə görə gümüş medallara sahib çıxdı. 56 kq çəkidə gücünü sınayan digər idmançımız Elşən Məmmədov isə 212 kq (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl 3 gümüş medal qazandı.

Həmin gün yığmamızın üzvlərindən Murad Əliyev 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxdı. İdmançımız uğurlu çıxış edərək hər iki hərəkətdə (toplam 218 kq) qızıl medalları qazandı.

Yarışın ikinci günü son medalı yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 62 kq çəki dərəcəsində Rüstəm Qasımov qazandı. Yeniyetmələr arasında 2016-cı il Avropa birinciliyinin bürünc, 2017-ci ildə isə qızıl medalçısı olan Rüstəm Qasımov birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlu yerinə yetirərək kiçik gümüş medala sahib çıxdı.

Yarışın üçüncü günündə komandamız hesabına medal yazdırdı. 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olan Füqan Əliyev yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində 151 kq-nı ram edərək bürünc medal qazandı. Həmin gün 15 yaşlı qızlarımız Anna Opanasyuk, Fidan Mirzəzadə Səma Mayılova da beynəlxalq yarışda ilk dəfə iştirak etmələrinə baxmayaraq əzmlə mübarizə apardılar medala bərabər nəticə göstərdilər.

Ağır atletlərimiz qələbə seriyasını yarışın növbəti günlərində davam etdirdilər. Yaşı 15-ə qədər oğlanların mübarizəsində 94 kq çəki dərəcəsində çıxış edən Əli Şükürlü birdən qaldırma təkanla qaldırma hərəkətlərini uğurla yerinə yetirməklə komandamıza növbəti bürünc medalları qazandırdı.

Komandamızın son medallarını isə ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordunu yeniləyərək çempion olan Tarmenxan Babayev qazandı. O, bu dəfə uğurunu təkrarladı. Atletimiz birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxdı. Toplam 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün oldu fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazandı.

Yeniyetmələrdən ibarət yığma komandamız Avropa birinciliyində birdən təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla ümumilikdə 22 medal qazandı. Bu göstərici ilə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci oldu.

Bu tarixi nailiyyət Azərbaycanda idmanın ağır atletika növünün sürətli inkişaf yolunda olduğunu bir daha nümayiş etdirdi. Digər tərəfdən, Milandakı qələbə məhz azərbaycanlı idmançıların, onları yarışlara hazırlayan yerli məşqçilər korpusunun zəhməti, Cahangir Əsgərov başda olmaqla Azərbaycan Ağır Atletika Federasiysının rəhbərliyinin gərgin əməyi hesabına qazanıldı. Çünki maksimum şərait yaradıldığından, qidalanma məşq prosesi düzgün aparıldığından qələbə qaçılmazdır. Əminik ki, Milanda tarix yazan yeniyetmə ağır atletlərimiz gələcək Olimpiya Oyunlarında daha möhtəşəm uğurlara imza atacaqlar.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2018.- 31 iyul.- S.4.