İnkişafın Azərbaycan modeli cümhuriyyətin iqtisadi irsinin təntənəsidir

 

Bütün sahələrdə dinamik tərəqqi və inkişaf mərhələsini yaşayan, Cənubi Qafqazın ən qüdrətli dövləti kimi tanınan müstəqil Azərbaycan bu günlərdə möhtəşəm tarixi hadisəni - tarixi sələfi olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü böyük coşqu və fəxarətlə qeyd etdi.

 Respublikamız zəngin tarixi irsmilli ənənələr əsasında özünəməxsus iqtisadi inkişaf modeli formalaşdırmaqla modernləşmə mərhələsi üçün səciyyəvi islahatlar kursunu inamla gerçəkləşdirir və qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir.

Başlıca məqsəd, əlbəttə ki, ölkənin müstəqilliyini real iqtisadi əsaslar üzərində daha da möhkəmləndirmək, ötən əsrin əvvəllərində cümhuriyyət banilərinin xəyal etdikləri qüdrətli, güclü, inkişaf etmiş Azərbaycan ideyasını praktik olaraq reallığa çevirməkdir. Respublikamızın hərtərəfli inkişaf və tərəqqisini təmin edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.

Müstəqil Azərbaycan 100 il əvvəl yaradılmış müasir tipli demokratik dövlətin xələfi olmaqla qürur duyur. Şübhəsiz, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə reallaşdırılması azərbaycanlıların zəngin milli ideyaya, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının təcəssümüdür.

Milli ideyanın ana axarında yer alan ali məqsədlərin reallaşdırılması nəticəsində həmin dövrdə cəmiyyətdə demokratik hüquq və azadlıqlar bərqərar olmuş, etnikdini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilmiş, müsəlman Şərqində ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, Azərbaycan-türk dili dövlət dili elan edilmiş, Bakı Dövlət Universiteti təsis olunmuş, Milli Ordu, parlament, təhlükəsizlik strukturları formalaşdırılmışdı.

Tarixi faktlar göstərir ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti qısamüddətli mövcudluğu dövründə bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasiiqtisadi əsaslar formalaşdırmış, eyni zamanda sosial-iqtisadi islahatlar reallaşdırılmışdır. Cümhuriyyət hökuməti ilk gündən ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, milli iqtisadiyyat quruculuğusosial ədalətin təmini sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Milli istiqlal ideyasının görkəmli nümayəndələri - Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və başqalarının sosial-iqtisadi baxışlarında demokratik cəmiyyət quruculuğu prosesi ilə yanaşı, sosial ədalət prinsipinin bütün sahələrdə bərqərar olması da yer alırdı. İlk milli hökumətin iqtisadi platformasında mülkiyyət plüralizmi - dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanların yaradılması da nəzərdə tutulurdu.

Bolşevizmdən fərqli olaraq cümhuriyyət liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, hesab edirdilər ki, “Bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür”.

Cümhuriyyət hökuməti xüsusi mülkiyyətin miqyasını müəyyənləşdirir, bu işdə ifrata varmağın zərərli olduğunu göstərirdi. AXC-nin iqtisadi modelində xüsusi mülkiyyətin mövcudluğunun mülkiyyətin tamamilə xırdalanmasına aparıb çıxarmaması da vacib məsələlərdən biri kimi önə çəkilirdi.

Həmin dövrün iqtisadi qanunvericiliynə görə, dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə “Dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “Dəmir yolu, işıq, su, teleqrafs. bu kimi ümumi işlərə xidmət edən sahələr” daxil edilirdi.

Xalq Cümhuriyyətinin aqrar proqramının əsasını isə “Müsavat” fraksiyasının və Əkinçilik Nazirliyinin aqrar islahatlarla bağlı qanun layihələri təşkil edirdi. Onların məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi, yəni xüsusi torpaq mülkiyyətini ləğv etmək deyildi. Əksinə, topraqları xüsusi mülkiyyətə elə normalar üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın.

Torpaq məsələsi” haqqında qanun layihəsində göstərilirdi ki, xəzinəyə, çaraçar nəslinə mənsub xanədan, eləcə də mülkədarlara məxsus bütün torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeşlərə, rəncbər xalqa verilməlidir. Hər bir mülkiyyət sahibində olacaq torpaqların həcmi qanunla müəyyənləşdirilir, normadan artıq torpağa sahib olmaq qadağan edilirdi. Xüsusi torpaq sahibliyinə məxsus ərazilərdəki yerin təkində olan sərvətdən istifadə dövlətin müəyyən etdiyi xüsusi nizamqanunla tənzimlənirdi.

Mövcud olduğu 23 ay müddətində cümhuriyyət iqtisadi sferanın mühüm istiqamətlərində uğurlar qazanmışdı. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olunmuş, Bakı-Culfa dəmir yolu inşa edilmiş, Kür çayı üzərində körpü salınmış, xaricdə yüksəkixtisaslı milli kadrların iqtisadi sahə üzrə də hazırlanması yönümündə işlər yoluna qoyulmuşdu. Dövlət Bankının yaradılması, milli pulun dövriyyəyə buraxılması, Xəzər dəniz gəmiçiliyinin inkişaf etdirilməsi və bu kimi digər tədbirlər cümhuriyyətin iqtisadi platformasının mühüm uğurları kimi xüsusi vurğulanmalıdır.

Müstəqil dövlətin atributularından olan pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin ən mühüm uğurlarından idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar olan “Bakı bonları” buraxılmışdı. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması ilk vaxtlardan hökumətin iqtisadi siyasətinin əsas hədəflərindən idi. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.

Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparırdı. Bu məqsədlə müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılmışdı, Xalq Cümhuriyyətinin Dövlət Bankı açılmışdı. Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması da nəzərdə tutulurdu. AXC parlamentinin bu məsələyə həsr olunmuş 24 noyabr 1919-cu il tarixli iclasında xəzinənin doldurulması məsələsinin vacibliyi xüsusi qeyd olunmuşdu.

1918-ci ilin dekabrında peşəkar parlamentin təşkili ilə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdı. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək parlamentin 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun və qərar layihələri çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qeyd edək ki, demək olar, bütün iclaslarda iqtisadi sahəyə aid müzakirələr aparılmış, həmçinin qəbul olunmuş qanun və qərarların xeyli hissəsi məhz iqtisadi yönümlü olmuşdur. Bu baxımdan “Dəmir yolu qulluqçularının sosial vəziyyətlərinin yaxşılaşdırılması haqqında”, “Dağlılar hökumətinə 10 milyon yardım edilməsi haqqında”, “Fəhlə nəzarəti haqqında”, “Azərbaycan Respublikası hökuməti idarələrində çalışan qulluqçulara birdəfəlik müavinət verilməsi haqqında”, “Yollarqara yollar, onların təmiri və inşasının Yollar Nazirliyinə verilməsi haqqında”, “Vergilər sahəsində şikayətləri araşdırmaq üçün Maliyyə Nazirliyi nəzdindəki Ali Şura instansiyasının yaradılması haqqında”, “Azərbaycan quberniya sənaye vergisi idarəsinin təşkili haqqında” və digər qanunların qəbulu xüsusi əhəmiyyət daşımışdır.

Parlamentdə geniş müzakirəyə çıxarılmış “İşçi məsələsi”nə dair bəyannamədə isə zəhmətkeşlərin əmək hüquqları tənzimlənir, fəhlələr üçün 8 saatlıq günü və həftədə bir günlük istirahət müəyyən edilirdi. Qanunla müəyyən edilmiş günündən artıq işləmək, habelə gecə işi axşam saat 9-dan səhər saat 6-ya qədər qadağan edilirdi. 16 yaşına qədər olan yeniyetmələrin işləməsi qadağan edilir, 16 yaşından 18 yaşına qədər olan gənclər üçün 6 saatlıq günü müəyyənləşdirilirdi. Qadınların zərərli işlərdə çalışması yasaqlanır, hamilə qadınlara doğuşdan əvvəl 4 həftə, sonra isə 6 həftə ərzində əvəzi ödənilməklə məzuniyyət verilirdi. Bu, sosialyönümlü hüquqi yanaşma olmaqla bərabər, ölkənin iqtisadi gücünün artmasını, iqtisadi potensialın daha səmərəli istifadəsini şərtləndirirdi.

Həmin dövrdə respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olunmuşdu. Daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edilmişdi. Çevik vergi siyasəti yürüdülür, dövlət xərclərinin ixtisar edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilirdi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilmiş, bu siyahıya 200-dən çox məhsulun adı daxil edilmişdi.

XX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olduğundan, onun iqtisadi həyatı bilavasitə Rusiya ilə sıx bağlı idi. Digər qonşu ölkələrdə sənaye inkişaf etmədiyindən, Azərbaycan ehtiyac duyduğu sənaye və fabrik məmulatlarını əsasən Rusiyadan əldə edirdi. Azərbaycandan Rusiyaya əsasən neftneft məhsulları, həmçinin pambıq, balıq, düyü, şərab, meyvə, xam ipək, gön-dəri, xalça

s. göndərilirdi. Oradan isə taxıl, kartof, çay, qənd, bitki yağları, manufaktura malları, dəmir, tikinti materialları, sement, kimyəvi mallar gətirilirdi. Rusiya ilə əmtəə mübadiləsi başlıca olaraq Vladiqafqaz dəmir yolu vasitəsilə həyata keçirilirdi. Neftneft məhsulları isə əsasən dənizlə Həştərxana daşınırdı.

Bütün bunlar bir daha göstərir ki, ötən əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə iqtisadi, hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır.

1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasihüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Məhz həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyevin özünün dərin təcrübəsi əsasında müəyyənləşdirdiyi iqtisadi inkişaf modeli son 15 ildə Azərbaycanın daha dinamik inkişafını təmin etmişdir.

Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verən islahatlar 2003-cü ilin 15 oktyabrından ümummilli liderin ən layiqli siyasi davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini dəqiq şəkildə müəyyənləşdirməklə yanaşı, böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Prezident

İlham Əliyevin 15 illik fəaliyyətinin təhlili göstərir ki, bu müddətdə konturları hələ Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir.

Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Son illər həyata keçirilən iqtisadi islahatlar - iqtisadiyyatın hərtərəfli inkişafı üçün qəbul olunmuş strateji yol xəritələri, sahibkarlığın inkişafı məqsədilə imzalanmış fərman və sərəncamlar qlobal böhranın mənfi nəticələrinin aradan qaldırılmasına, makroiqtsadi tarazlığın təmin olunmasına imkan yaratmışdır.

Bəli, müstəqil respublikamız son illər zəngin tarixi potensialaiqtisadi resurslara əsaslanaraq Cənubi Qafqaz regionunun ən dinamik inkişaf edən ölkəsi kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi layihələri uğurla gerçəkləşdirir. Bu günlərdə təntənəli açılışı olmuş “Cənub qaz dəhlizi” Azərbaycanın beynəlxalq nüfuz və mövqelərini daha da möhkəmləndirir, onu Avropanın enerji təhlükəsizliyində vacib aktora çevirir. “Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bu gün Azərbaycan bəlkə də dünyanın ən inkişaf etmiş və ən zəngin ölkələrindən biri ola bilərdi”.

Bütün bu uğurlar, ən əsası isə inkişafın Azərbaycan modeli məhz Xalq Cümhuriyyətinin iqtisadi irsinin yeni zamanın çağırışlarına uyğun davamı və onun təntənəsidir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 1 iyun.- S.1; 10.