Mingəçevirə şöhrət gətirənlər

 

Kür Olimpiya Tədris İdman Mərkəzi yeni mövsümə hazırdır

 

Ölkənin ən böyük elektrik enerjisi təminatçısı olan Mingəçevir həm də böyük  turizm potensialına malikdir. Nur şəhərinin yerləşdiyi coğrafi ərazi təbiəti, ekologiyası, tarixi abidələri, al-əlvan parkları, gözəl seyrəngahları ilə kifayət qədər cəlbedicidir.

Mingəçevirin regionda turizm mərkəzinə çevrilməsində “KürOlimpiya Tədris İdman Mərkəzinin də müstəsna rolu var. Qara qızılla şöhrət qazanan Azərbaycan bu gün dünyada həm də idman ölkəsi kimi tanınır. Bir sıra beynəlxalq idman yarışlarına uğurla evsahibliyi edən Azərbaycanda idmanın maddi-texniki bazası dövlətin qayğısı ilə ildən-ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Mingəçevir avarçəkmə bazası Avropa standartları səviyyəsində əsaslı şəkildə yenidən qurulmuşdur. 2010-cu ilin 14 oktyabrında istifadəyə verilən “KürOlimpiya Tədris İdman Mərkəzinin ümumi sahəsi 7,2 hektarı əhatə edir. Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan bu müasir baza beynəlxalq avarçəkmə təşkilatlarında böyük maraq doğurub. Bazanın fərqli özəl xüsusiyyətlərindən biriodur ki, Kür çayı qış aylarında donmadığı üçün ilin bütün fəsillərində dünyanın müxtəlif ölkələrindən olan idmançılar burada rahat məşqlər edir, ustalıqlarını artırırlar. Mərkəz əsasən ikimərtəbəli inzibati binadan, 7 zolaqlı üzgüçülük hovuzundan, altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxanadan ibarətdir. Bundan əlavə, mərkəzdə bir kotec, tamaşaçı tutumu 500 nəfər olan idman zalı, tamaşaçı tutumu 280 nəfər olan üzgüçülük kompleksi, 2 tennis kortu, trenajor zalı və s. vardır.

Nur şəhərinin sakinləri 2015-ci il Avropa Oyunlarının Mingəçevirdə keçirilən yarışlarını bu günxoş duyğularla xatırlayırlar. Avropa ölkələrindən olan 350 nəfər avarçəkən öz güclərini məhz Kür çayında sınadılar. Burada keçirilən kayakkayak konoe üzrə avarçəkmə yarışlarında azərbaycanlı idmançı Valentin Dimyaninko konoedə 2000 metrlik məsafədə gümüş medal qazandı.

Kür Olimpiya Tədris İdman Mərkəzində hər ilin yazında ənənəvi olaraq avarçəkmə üzrə beynəlxalq Prezident kuboku, payızında beynəlxalq Mingəçevir reqatası keçirilir. Bu il mart ayının 22-dən 25-dək keçirilən avarçəkmə üzrə Prezident kuboku yarışlarında Azərbaycan, Rusiya, Almaniya, Gürcüstanİran yığma komandaları iştirak etmişlər. Akademik avarçəkmə üzrə 2000 metrlik məsafədə “Kürün yetirməsi Cavidan Şirinov 2-ci yeri qazanmışdır. İki nəfərlik qayıqda 18 yaşlılar arasında 2000 metrlik məsafədəki yarışda isə həmyerlilərimiz Ziya Məmmədov və Vlad Nakoneçnı birinci olmuşlar.

Bu günlərdə Milli Avarçəkmə Federasiyası şad bir xəbər almışdır. 1-3 iyun 2018-ci il Rusiya Federasıiyasının paytaxtı Moskva şəhərində keçirilmişBöyük Moskva” reqatasında həmyerlimiz Cavidan Şirinov (2000 metrik məsafədə) gümüş medal qazanmışdır. İki nəfərlik qayıqda isə Ziya Məmmədov və Vlad Nakoneçnı  uğurlu çıxışlar etmişlər.

Kür Olimpiya Tədris İdman Mərkəzi MMC-nin baş direktoru, Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Natiq Abbasov söhbət zamanı dedi:

- Azərbaycan dünyada inkişaf etmiş idman ölkəsi kimi böyük şöhrət qazanmışdır. Qazanılan böyük nailiyyətlərdə avarçəkənlərimizin də sanballı payının olması bizə qürur verir. Kür Olimpiya Tədris İdman Mərkəzinin Avropa standartları səviyyəsində əsaslı şəkildə yenidən qurulması birmənalı şəkildə Prezident İlham Əliyevin idmana verdiyi böyük önəmin məntiqi göstəricisidir. Mərkəzdə idmançılar, qonaqlar, tamaşaçılar üçün yaradılmış ideal şərait hər kəsi razı salır. Dövlət səviyyəsində əhatə olunduğumuz qayğı və diqqəti minnətdarlıqla qarşılayırıq. Bizə göstərilən isti münasibət məsuliyyətimizi də birə yüz artırır. Bütün qüvvə və bacarığımızı səfərbər edərək çalışırıq ki, doğma Azərbaycanımızın şöhrətini daha da artıraq, beynəlxalq yarışlarda üçrəngli bayrağımızın qaldırılmasına, dövlət himnimizin səsləndirilməsinə nail olaq. Avarçəkənlərimizi qarşıda ciddi sınaqlar gözləyir. Mirnazim Cavadov hazırda Serbiyada keçirilən Avropa çempionatında iştirak edir. Bu ilin avqust ayında Şotlandiyanın Qlazqa şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa çempionatından da heç şübhəsiz, medallarla qayıdacağıq.

Natiq Abbasov axırda bildirdi ki, kayakkonoye idman növü üzrə yeniyetmələrin yığma komandası yaxın günlərdə Ukraynanın Xerson şəhərində 40 günlük təlim-məşq toplanışına yola düşəcəkdir. “KürOlimpiya Tədris İdman Mərkəzində avarçəkmə ilə yanaşı, idmanın gimnastika, güləş, üzgüçülükmini-futbol bölmələri də fəaliyyət göstərir. Burada gənc və yeniyetmələr asudə vaxtlarını mənalı keçirir, sağlamgümrah böyüyür, eyni zamanda, vətənin idman şöhrətini artırmaq uğrunda vüsət alan mübarizənin potensial iştirakçısına çevrilirlər.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2018.-10 iyun.- S.6.